SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Bu ölkə Ukraynaya yardımı dayandırdı: NATO-dan reaksiya...

Bu ölkə Ukraynaya yardımı dayandırdı: NATO-dan reaksiya...

Tarix:

9-11-2023, 15:40

/ 327 dəfə oxundu.
Bu ölkə Ukraynaya yardımı dayandırdı: NATO-dan reaksiya...

Slovakiya hökumətinin Ukraynaya hərbi yardım paketini əngəlləməsi fonunda Alyansın Kiyevə dəstəyi davam edəcək.

Bu sözləri NATO baş katibi Yens Stoltenberq Brüsseldə Macarıstan Prezidenti Katalin Novakla birgə mətbuat konfransında deyib.

“Şimali Atlantika Alyansı Ukraynaya yardım göstərmək üçün böyük iş görür. Kiyevə yardım davam etdiriləcək. Çünki bu, bütün blok üzvlərinin təhlükəsizlik maraqlarına cavab verir”, - Stoltenberq bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Slovakiya hökuməti Ukraynaya hərbi dəstək verməyəcəyini bəyan edib.

Şərhlər

XƏBƏR LENTİ