SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Ankaradakı terroru törədənlərin kimliyi açıqlandı

Ankaradakı terroru törədənlərin kimliyi açıqlandı

Tarix:

4-10-2023, 10:25

/ 431 dəfə oxundu.
Ankaradakı terroru törədənlərin kimliyi açıqlandı

Türkiyənin Daxili İşlər Nazirliyi Ankarada qurumun binası yaxınlığında terror aktı törədən ikinci şəxsin də kimliyini müəyyən edib.

Xalqxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən şəxs PKK terror təşkilatının üzvü Özkan Şahindir. 

Daha əvvəl yayılan məlumatda insidentdə iştirak edən digər şəxsin PKK üzvü Hasan Oğuz olduğu bildirilib. 

Nazirlik, həmçinin aparılan araşdırmanın və terrorla mübarizənin davam etdiriləcəyini vurğulayıb. 

Xatırladaq ki, oktyabrın 1-i Türkiyə DİN-in Mühafizə Baş İdarəsinə terror hücumu olub. Terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib. Hadisə zamanı 2 polis əməkdaşı yüngül xəsarət alıb.

Şərhlər

XƏBƏR LENTİ