Türkiyədə güclü zəlzələnin dağıntıları altından hələ də sağ olaraq xilas edilənlər var.
Xalqxeber.az Milliyet-ə istinadən xəbər verir ki, son möcüzə saat 149-da Hatayda zəlzələ bölgəsində yaşanıb.
Xilasedicilər zəlzələdən 149 saat sonra 35 yaşlı Mustafa adlı vətəndaşı dağıntılar altından sağ-salamat xilas ediblər. Huşunun yerində olduğu bildirilən Mustafa sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb.