XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » "Jurnalistlərin problemləri əsasən həmrəy olmadıqları üçün yaranır" — Umud Mirzəyev

"Jurnalistlərin problemləri əsasən həmrəy olmadıqları üçün yaranır" — Umud Mirzəyev

"Jurnalistlərin problemləri əsasən həmrəy olmadıqları üçün yaranır" — Umud Mirzəyev
1-07-2017, 11:42

Cənubi Qafqazda jurnalist təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi Azərbaycanda jurnalist həmkarlar ittifaqlarının durumu və gələcək inkişaf meyilləri adlı konfrans keçirildi.
Üçüncü sessiyada Azərbaycan jurnalist təşkilatları: mövcud durum, birlik və həmrəylik problemlərindən bəhs edildi.

Üçüncü sessiyanı Demokratik jurnaistlər liqasının rəhbəri Yadigar Məmmədli apardı.

Üçüncü sessiyanın əvvəli media nümayəndələri ekspertlərə müqavilələr - əmək müqavilələri, xidməti müqavilələr barədə suallar ünvanladılar. Ekspertlər isə sualları cavablandırdılar.

Yadigar Məmmədli bildirdi ki, Azərbacanda jurnalist təşkilatlarının vəziyəti bizi qane edəcək səviyyədə deyil:

"Jurnalist təşkilatları ölkəmizdə fəaliyyət göstərən jurnalistlərdən təşkil olunur. Azərbaycanda keyfiyyət dəyişikliyi baş verir. Artıq ənənəvi media sıradan çıxır. Onun yerini elektron media tutur. Mediamızın qorunmasında jurnalist təşkilatlarının çox böyük rolu var".

Beynəlxalq Avrasiya mətbuat fondunun rəhbəri Umud Mirzəyev çıxış edərək qeyd etdi ki, bu tədbir ola bilməz ki, faydasız olmasın:

"Azərbaycan müstəqillik əldə etdikdən sonra jurnalistikanın problemləri ilə bağlı çoxlu sayda jurnalist təşkilatları yarandı. Jurnalist təşkilatlarının mövcut durumu könül açan olmasa da, bu vəziyyətin düzəlməsi üçün fəaliyyət göstərə bilərik. Bu gün jurnalistlərin, jurnalistlər təşkilatlarının birlik bərəabərliyinə ehtiyac var. Bizim problemlərimizin çoxu həmrəy olmamağımızdan yaranır".

Mediaya qrantların ayrılması ilə bağlı məsələyə toxunan Umud Mirzəyev bildirdi ki, Azərbaycan cəmiyyətində qrantla bağlı yalnış münasibət var:

"Qranta layiq olanlar da, olmayanlar da qrant istəyirlər. Qrantı çoxları hədiyyə hesab edirlər".

Sessiyada daha sonra Ruh Jurnalistlərin Hüquqlarının müdafiəsi komitəsinin rəhbəri Əvəz Rüstəmov, Orta Asiya Güney Qafqaz Söz Azadlığı şəbəkəsinin rəhbəri Azər Həsrət, Azərbaycan jurnalistlər şəbəkəsinin rəhbəri Ayaz Mirzəyev, TUMİB-in rəhbəri Çingiz Bayramov, Jurnalist araşdırmalar mərkəzinin rəhbəri Teyyub Mirqasımov Azərbaycan jurnalist təşkilatları: mövcud durum, birlik və həmrəylik problemləri barədə çıxışlar etdilər.

Ölkə.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.