SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Çəkələklə maşın sürməyin - Xəbərdarlıq

Çəkələklə maşın sürməyin - Xəbərdarlıq

Tarix:

19-06-2017, 09:53

/ 58 872 dəfə oxundu.
Çəkələklə maşın sürməyin - Xəbərdarlıq

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi çimərlik mövsümünün başlanması ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, çimərlik mövsümünün başlanması ilə əlaqədar yollarda nəqliyyat vasitələrinin hərəkəti intensivləşəcək: "Yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün sürücülərə sürət həddinin aşağı endirilməsini, ara məsafəsinin normadan artıq saxlanılmasını tövsiyə edirik".

Çəkələklə avtomobil idarə etmənin təhlükə yaratdığını diqqətə çatdıran V.Əsədov sürücülərə çəkələklə avtomobil idarə etməməyi tövsiyə edib.

Şərhlər

XƏBƏR LENTİ