SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Çin Karqo” şirkətində Ramazan Bayramı münasibəti ilə tədbir keçirilib

“Çin Karqo” şirkətində Ramazan Bayramı münasibəti ilə tədbir keçirilib

Tarix:

29-04-2022, 17:15

/ 454 dəfə oxundu.
“Çin Karqo” şirkətində Ramazan Bayramı münasibəti ilə tədbir keçirilib

“Çin Karqo” şirkəti Ramazan Bayramı ilə əlaqədar olaraq, tədbir təşkil edib. 
Giriş sözü ilə çıxış edən “Çin Karqo” şirkətinin rəhbəri Şamil Heydərov, bütün Azərbaycan xalqını eləcədə tədbir iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edərək, hər birinə ən səmimi arzu və diləklərini yetirdiyini bildirib. Milli və dini tolerantlığın hökm sürdüyü Azərbaycan Respublikasında bütün dini bayramlar, o cümlədən də Ramazan bayramı hər il təntənə ilə qeyd edilir. Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayıdır. Bu ay ərzində ölkəmizdə təşkil olunan iftar süfrələri də ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir. Şamil Heydərov Ulu öndər Heydər Əliyevin hər zaman dini dəyərlərə önəm verdiyini vurğulayaraq, Müqəddəs bayramların dövlət tərəfindən yüksək səviyyədə qeyd olunduğunu bildirərək bu ənənənin bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırdı və dövlətimizin həmişə aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib.
Qeyd edək ki, “Çin Karqo” şirkəti tərəfindən Ramazan bayramı ərəfəsində şəhid ailələrinə, Qarabağ müharibəsi əlilərinə və aztəminatlı ailələrə ərzaq bağlamaları ilə köməklik göstərilmiş və bu qəbildən olan yüzlərlə insan təşkil olunan iftar süfrələrində iştirak etmişlər.

Şərhlər

XƏBƏR LENTİ