SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bayram günü 2 nəfər yol qəzalarında həlak olub

Bayram günü 2 nəfər yol qəzalarında həlak olub

Tarix:

1-01-2022, 14:20

/ 553 dəfə oxundu.
Bayram günü 2 nəfər yol qəzalarında həlak olub

Azərbaycanda bayram günü 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan əlavə, ötən gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub. Eyni zamanda narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib, həmçinin cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Şərhlər

XƏBƏR LENTİ