SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb

Tarix:

4-02-2021, 11:13

/ 625 dəfə oxundu.
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb

Fevralın 3-də respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, gün ərazində əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

Şərhlər

XƏBƏR LENTİ