SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan başlayıb - YENİLƏNİB

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan başlayıb - YENİLƏNİB

Tarix:

Bu gün, 10:30

/ 70 dəfə oxundu.
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan başlayıb - YENİLƏNİB

 Azərbaycan Vəkillər Kollegiyası (VK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə növbəti ixtisas imtahanının test mərhələsi keçirilir.

İmtahan Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda, saat 10:00-dan etibarən elektron formatda başlayıb və 3 saat davam edəcək.

DİM və VK-nın birgə təşkilatçılığı ilə keçirilən imtahanda iştirak üçün ümumilikdə 421 namizəd müraciət edib. Namizədlərə hüququn müxtəlif sahələrini əhatə edən hər biri 1 balla qiymətləndirilən 100 test sualı təqdim olunub, keçid balı isə 60-dır. Nəticələr imtahan bitdikdən dərhal sonra açıqlanacaq və VK-nın rəsmi internet səhifəsində (www.barassociation.az) yerləşdiriləcək.

İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, media nümayəndələrinin iştirakı təmin edilib.

Statistik göstəricilərə əsasən, namizədlərin 55,2%-i Bakı şəhərindən, 44,8%-i isə digər regionlardan qatılıb. İmtahanda Azərbaycanın əksər bölgələrinin təmsil olunması regionlarda vəkil çatışmazlığının aradan qaldırılmasına töhfə verəcək. Namizədlərin 17,8%-i xarici, 82,2%-i isə yerli ali təhsil müəssisələrinin məzunlarıdır. Ən çox təmsil olunan təhsil müəssisəsi 48,2% göstərici ilə Bakı Dövlət Universitetidir.

Yaş göstəricilərinə görə, iştirakçıların 71%-i 40 yaşadək şəxslərdir. Namizədlərin 26%-i qadın, 74%-i isə kişilərdir. Naxçıvan Muxtar Respublikası VK üzrə namizədlər isə ümumi iştirakçıların 1%-ni təşkil edir.

06:00
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Azərbaycan Vəkillər Kollegiyası (VK) ilə birlikdə VK-yə üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Bu barədə DİM məlumat yayıb.

Məlumata əsasən, imtahanda iştirak etmək üçün 421 nəfər qeydiyyatdan keçib.

Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) saat 10:00-da başlanır və 3 saat davam edəcək. İştirakçıların nəzərinə çatdırılır ki, imtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.

İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahanda namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunacaq.

Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

Şərhlər

XƏBƏR LENTİ