XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Rüşvət üstə tutulan gömrükçü məşhur generalın qardaşı oğludur

Rüşvət üstə tutulan gömrükçü məşhur generalın qardaşı oğludur

Rüşvət üstə tutulan gömrükçü məşhur generalın qardaşı oğludur
19-05-2021, 00:16

Dünən Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi ilə Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin Bakı Baş Gömrük İdarəsində keçirilən əməliyyatla bağlı bəzi təfərrüatlar məlum olub.
Saxlanılanlardan biri keçmiş hərbçi polkovnik-leytenant Elman Mirzəyevdir.
Məlumata görə, E. Mirzəyev gömrük sisteminə yeni gəlib və Gömrük Komitəsində inspektor vəzifəsində çalışıb. Onun bu vəzifəyə təyin olunan gündən rüşvət aldığı ilə bağlı informasiyalıar var. İddia olunur ki, ona bu məsələlərlə bağlı dəfələrlə xəbərdarlıqlar da edilib.
Gömrük Komitəsinin korrupsiyaya qarşı mübarizə tədbirlərini gücləndirildiyi bir vaxtda onun bu əməllərinin qarşısı alınmayıb və komitə rəhbərliyinin özünün təşəbbüsü ilə əməliyyat keçirilib.
Qeyd edək ki, Elman Mirzəyev uzun illər DİN-də yüksək vəzifələr daşımış general Sahib Mirzəyevin qardaşı oğludur. (bakupost.az)

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.