SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cavid Qurbanovun bu qədər vaxtı qaldı... - İLGİNC GƏLİŞMƏ

Cavid Qurbanovun bu qədər vaxtı qaldı... - İLGİNC GƏLİŞMƏ

Tarix:

30-03-2021, 18:25

/ 630 dəfə oxundu.
Cavid Qurbanovun bu qədər vaxtı qaldı... - İLGİNC GƏLİŞMƏ

Son gəlişmələrdən belə bəlli olur ki, “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları”, “Bakı Metropoliteni” QSC-lərin, eləcə də bakı Nəqliyyat Agentliyinə məxsus “BakuBus” MMC-nin nizamnaməsi və strukturu dəyişəcək. Qeyd edək ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlarda deyilir ki, Azərbaycan İnvestisiya Holdinqi adları çəkilən dövlət şirkətlərinin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün dövlət başçısına təqdim etsin.

DİA.AZ bildirir ki, burada əsas diqqət çəkən məqamlardan biri siyahıda “Azərbaycan Dəmir Yolları” və “Azərbaycan Hava Yolları” adlı şirkətlərin də yer almasıdır. Qeyd edək ki, hər iki şrikətin fəaliyyətiylə bağlı son günlər yerli KİV-də yetərincə ittihamlar səsləndirilmişdi.

İndi isə görünəni budur ki, "yuxarılar" PROBLEMİN həllini DOLAYI metodlara üstünlük verərək müəyyənləşdirir.

Sərəncamlardan da aydın olur ki, həm baş dəmiryolçu Cavid Qurbanovun və həm də AZAL şefi Cahangir Əsgərovun iki aylıq vaxtı qalıb.

Bu barədə DİA.AZ-a operativ açıqlama verən mötəbər mənbə iddia edir ki, proses yekunlaşanda, digərlərindən fərqli olaraq Cavid Qurbanov görəv başında qalmayacaq.

Mənbənin dia.az-a söylədikləri: "Cahangir Əsəgərov da görəvdən alınacaq. Eləcə də Cavid Qurbanov. Hər iki fiqurla bağlı yekun qərar verilib və onlar Azərbaycan İnvestisiya Holdinqi ilə işləməyəcəklər".

Əlavə bilgilərimiz olacaq. Yenilənmələri bizdən izləyin...

Şərhlər

XƏBƏR LENTİ