Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları”nda MAFİYA YARADIB - NARAZILIQ VAR!
Həm “Azərbaycan Dəmir Yolları” QSC-nin və həm də AZAL-ın da rəhbərliyində dəyişikliyin olacağı haqda xəbərlər yayılmışdı. Amma bu proses olduqca ləng gedir. Doğrudur, AZAL rəhbərliyində iki vitse-prezident yola salındı. Amma gözlənilən bu deyildi və hər iki qurumdan artan narazılıqlar əslində rəhbər dəyişikliklərini zəruri edir.
Bu barədə DİA.AZ-a müraciət edən “Azərbaycan Dəmir Yolları” QSC-nin bir qrup işçisi bildirir ki, Cavid Qurbanovun bu quruma gəlişindən sonra tayfabazlıq, yerlibazlıq faktları o qədər artıb ki, artıq “Azərbaycan Dəmir Yolları”nı QOHUMLARIN BİRLİYİ adlandırmaq olar.
Müraciətdə deyilir: "Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-də bir Kəlbəcər mafiyası qurub. Bunu bilməyən yoxdur. Dövlətin rəhbərliyi əgər maraqlıdırsa, bunu təftiş edə bilər. Digər regionlardan olanlar rəsmən sıxışdırılır, ya da aşağı vəzifələrə keçirilir. Proses bu gün də davam edir.
Bütün "GƏLİRLİ YERLƏR" Cavid Qurbanovun adamlarının əlindədir. Təsadüfi kimsənin orda olması imkansızdır. Tenderləri də Qurbanovun adamları "qazanır". Bunu bir durduran, yoxlayan yoxdur?"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək