"Azərbaycan Dəmir Yolları" QSC Azərbaycanı NECƏ HƏDƏFƏ GƏTİRİR? - MƏHKƏMƏ
Cavid Qurbanovun sədri olduğu “Azərbaycan Dəmir Yolları” QSC xarici şirkətə kələk gəldiyi üçün məhkəməyə verilib.
AzToday.az-a daxil olan məlumata görə, Çexiyanın “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-dən 650 min dollar tələb edir. Səbəb isə Cavid Qurbanovun rəhbərlik etdiyi dövlət şirkətinin imzaladığı müqavilənin şərtlərinin kobud şəkildə pozulmasıdır.
Məlumata görə, Cavid Qurbanov məhkəmədə uduzacağını və Çexiya şirkətinin tələb etdiyi məbləği ödəmək məcburiyyətində qalacağını bildiyi üçün prosesi uzatmağa çalışır.
Redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, Cavid Qurbanovun rəhbərlik etdiyi QSC-nin xarici şirkətlərlə yaşadığı problemlər hakimiyyəti də narahat etməlidir. Çünki xarici investisiyaların ölkəyə cəlbində ən böyük amillərdən biri də dövlət şirkətlərinin öhdəliklərinə nə dərəcədə əməl etməsi ilə bağlıdır. Şübhəsiz ki, Çexiya şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında yaşanan qalmaqal xarici mediaya da çıxacaq. Onda Cavid Qurbanovun Azərbaycanın imicinə vurduğu zərbələri təsəvvür etmək çətin olmaz…

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı