Xəbər verdiyimiz kimi Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini Şahmar İbadov vəzifəsindən azad edilib.
TİA.AZ xəbər verir ki, qalmaqallı məmurun işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Ş.İbadov işdən çıxarılıb. Nərimanov Rayon İcra Hakimiyyətindən məlumat təsdiqlənib.
Lakin TİA.AZ-ın əldə etdiyi yeni məlumata görə Şahmar İbadov Prezident Aparatının işlər idarəsinə şöbə müdiri vəzifəsinə vəzifəsinə təyin ediləcək.