SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Xalidə Bayramovanın yerinə təyinat olub

Xalidə Bayramovanın yerinə təyinat olub

Tarix:

1-06-2021, 17:58

/ 861 dəfə oxundu.
Xalidə Bayramovanın yerinə təyinat olub

Səbail Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub.

Bununla bağlı Səbail RİH başçısı əmr imzalayıb.

Əmrə əsasən RİH başçısının müavini Şixəmmədov Vüqar Nurməmməd oğlu RİH başçısının 1-ci müavini vəzifəsinə təyin edilib.

Digər əmrə əsasən RİH başçısının Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həşimova Kəmalə Ləzgi qızı Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, daha əvvəl Səbail RİH başçısının birinci müavini Xalidə Bayramova olub. O, ötən ay vəzifəsindən azad edilib.

Şərhlər

XƏBƏR LENTİ