"Nərimanov Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elmar Əlizadənin intiharı peşə fəaliyyətilə bağlı deyil".
Bu barədə Yenisabah.az-a Nərimanov rayonunun icra başçısının müavini Şahmar İbadov bildirib. Onun sözlərinə görə, Elmar Əlizadə kifayət qədər peşəkar kadr olub.
"4 dil bilirdi. Çox peşəkar kadr idi. Hamımız şokdayıq”, - deyə Şahmar İbadov bildirib.
İntiharın səbəblərinə gəlincə, o, deyib: "Deyirlər ki, hadisə ailə münaqişəsi zəmnində baş verib. Lakin təfərrüatları bilmirik. Açığı əvvəl eşidəndə inana bilmədik və hələ də bu hadisənin şokunu yaşayırıq”.