Nərimanovda Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü qeyd edilib
Fevralın 13-də Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
xalqxeber.az xəbər verir ki, tədbirə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Firdovsi Calalov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin rəisi, polkovnik Qəşəm Mahmudov və İdarənin əməkdaşları qatılıb.
Tədbiri giriş sözü ilə Şahmar İbadov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibəti ilə səmimi təbriklərini bildirib.
Ş.İbadov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yarandığı 7 il ərzində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində və fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə böyük işlər gördüyünü, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəldiyini, ordu quruculuğuna və şəxsi heyətin hərbi xidmətə qədərki nizam-intizamının formalaşması işinə səmərəli töhfələr verdiyini vurğulayıb.
Sonra çıxış edən polkovnik Qəşəm Mahmudov xidmətin rayonda gənclərin həqiqi hərbi xidmətə hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verərək, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də xüsusi rolu olduğunu vurğulayıb, eyni zamanda qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəklərini bildirb.
Daha sonra çıxış edənlər ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıblar, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərinə, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğuna və tezliklə işğal altında olan ərazilərimizin yağı düşməndən azad olunacağına əminlik ifadə ediblər.
Sonda xidmətdə fərqlənən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin əməkdaşlarına, həmçinin məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsində, onların ordu sıralarına hazırlanmasında, gənc nəslin fiziki-sağlam böyüməsində göstərdiyi xidmətləri olan orta ümumtəhsil məktəblərinin gənclərin şağırışagədərki hazırlıq fənninin rəhbərlərinə fəxri fərman və hədiyyələr təqdim edilib.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək