XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » "Siyavuş Novruzovun dediyi ilə oturub-dursalar…”

"Siyavuş Novruzovun dediyi ilə oturub-dursalar…”

"Siyavuş Novruzovun dediyi ilə oturub-dursalar…”
1-07-2020, 10:14

"Bizdə bunlar virusla mübarizə aparmağı bacarmırlar. Türkiyədə görürsünüzmü necə işləyirlər və ölüm halları da azdır”...
Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib.

R.Mahmudov insanların karantin rejiminin tələblərinə riayət etməsinin vacibliyini vurğulayıb:

“İnsanın təfəkkürü dəyişməlidir, cərimələrlə onları çətin başa salasan. Siyavuş Novruzovun dediyi ilə oturub-dursalar, yaxşı olacaq. Bizdə bunlar virusla mübarizə aparmağı bacarmırlar. Türkiyədə görürsünüzmü necə işləyirlər və ölüm halları da azdır. Bizimkilər isə yalanla işləyir. Qayda-qanuna tabe olmaq lazımdır. Almanlar Hitlerin dövründə qanuna tabe olmurlarmış və hətta qatara da biletsiz minirilərmiş. Onda Hitler əmr verir ki, sabahdan kim qatara biletsiz minsə, güllələnəcək. Buna inanmırlar. Amma hər dayanacağa iki əsgər qoyur və vətəndaşdan bilet soruşurlar, kimdə bilet olmursa, həmin adamı güllələyirlər. Ondan sonra almanalar düzəlirlər. Onlar bizdən betər olublar. 1930-cu illərdə Amerikada da özbaşınalıqlar olub”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.