Rəşid Mahmudov: “Ən çox pul “Kirayədə qalıram” deyən icra başçısındadır”
Xəbər verdiyimiz kimi bir neçə gün öncə Ağstafanın icra başçısı və köməkçilərinin həbsi ölkədə rezonansa səbəb oldu. Aparılan islahatlar nəticəsində məlum oldu ki, artıq heç də əvvəlki kimi icra başçılarının özbaşınalıqlarına bu qədər göz yumulmayacaq.
Tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov bildirib ki, ölkənin sərvətini talayan məmurların cəzalandırılması vacibdir: “İcra başçılarına artıq bildirilməlidir ki, ölkənin sərvətini bu qədər talan etmək olmaz. Onlar insanlara xidmət etməlidir. Hansı rayon icra başçısı təyin ulunurlarsa, başlayırlar ancaq özlərinə sərvət yığmağa. Fəhlənin maaş kartından pul qazanırlar, belə də kişi olar? Gənc icra başçıları inanmıram ki, bu cür addımlar atsınlar, amma uzun müddət bu sahədə işləyən adamlara nəzarəti qücləndirmək lazımdır. Bunlar yalan danışırlar, hamısının milyonları var. Elə ən çox pul o kirayədə qalıram deyən icra başçısındadır”.
Moderator.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır