XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Ermənistanda totalitar inqilabi diktatura qurulmuşdur

Ermənistanda totalitar inqilabi diktatura qurulmuşdur

Ermənistanda totalitar inqilabi diktatura qurulmuşdur
25-06-2020, 14:43

Azərbaycan Kooperasiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri, Nərimanov rayonun fəal gənci - Fuad Babayev
Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirilir. N.Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Ermənistanda totalitar inqilabi diktatura qurulmuşdur.
Bu gün Cənubi Qafqaz ölkələri arasında koronavirusla bağlı ən fəlakətli vəziyyət işğalçı dövlət olan Ermənistanda müşahidə edilir. Sərişdəsiz Nikol Paşinyan hökumətinin atdığı addımlar virusun yayılmasının qarşısını almaqda acizdir. Ermənistan baş naziri Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır, xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial dayaqlarını itirir.
"Vəziyyət gərgindir və biz böhrandan çıxmaq üçün əlimizdən gələni edirik”. Bu barədə Ermənistanın koronavurusa yoluxduğunu iddia edən baş naziri Nikol Paşinyan bildirib. O əlavə edib ki, koronavirusun xüsusiyyəti ondadır ki, bir çox xəstələr intensiv tibbi yardım aldıqdan sonra ölürlər. Paşinyan bildirir ki, Ermənistanda koronavirusla bağlı vəziyyət fəlakət həddindədir. O, son günlər Ermənistanda koronavirusa yoluxma və pandemiyadan ölüm hallarının çoxalmasından narahatlığını vurğulayaraq deyib: “Bu fəlakətdir”. Amma məsələnin həm də maraqlı tərəflərindən biri odur ki, indiki vəziyyətdə koronavirus Paşinyanın taxtını laxladan əsas faktorlardan birinə çevrilməkdədir. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirilir. N.Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Ermənistanda totalitar inqilabi diktatura qurulmuşdur. Küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş N.Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi gün kimi hər kəsə aydındır. N.Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı hər kəsə bəllidir. Ermənistanda anti-sorosçuların həbsi dediklərimizin bariz nümunəsidir. Ermənistanın hazırki hakimiyyəti ilə kilsə arasında ciddi fikir ayrılıqları mövcuddur. N.Paşinyanın nəzarəti altında olan erməni KİV-ləri bunu daha çox kilsənın hazırkı rəhbərliyində təmsil olunan şəxslərin əvvəlki hakimiyyətlərlə sıx əməkdaşlığını əsas gətirsələr də, əslində məsələnin məğzi tam başqadır. Məlumdur ki, ermənilərin yaşadıqları bütün ölkələrdə kilsələr fəaliyyət göstərir və icma üzvləri kilsəyə böyük miqdarda maliyyə yardımı göstərirlər. Bu halda, pul axınının böyük hissəsinə nəzarət etmək istəyən N.Paşinyana kilsənin “yağlı tikə”ni güzəştə getməməsi də təbiidir. Heç kimə sirr deyil ki, koronavirusun Eçmədzində yayıldığı ərəfədə kilsə rəhbərinin qaçması şəklini mətbuata məhz N.Paşinyan ötürmüşdür. Paşinyan özünün çirkab və müəmmalı əməlləri ilə xalq arasında olan bütün nüfuzunu demək olar ki, tam itirib. Həmin çirkab əməllərin davamı olaraq “Bu gün açıq şəkildə görürük ki, Ermənistanda totalitar inqilabi diktatura qurulub” populist çıxışları ilə tanınan Paşinyan hakimiyyətə gəldikdən sonra “demokratiya” adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə edib və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirib: “Belə olan vəziyyətdə Şennaklar, Sunnalar hara baxırlar?
Niyə AŞPA hadisələrə müdaxilə edib, bəyanatlar vermir, Paşinyan hakimiyyətinə sanksiyalar tətbiq etmir? Demək ki, demokratiya deyib dünyanı istismar edən bu kimi təşkilatlar ikistandartlıdırlar, qeyri-obyektivdirlər. Azərbaycanda ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür, onların demokratiyasının fəlsəfəsi də budur”.
Ancaq bənzər hadisələr Azərbaycanda baş versəydi, dərhal ölkəmizə qarşı sistemli bir qarayaxma kampaniyası başladılar, üzün müddət bunu gündəmdə saxlamaqla beynəlxalq imicimizə zərbə vurardılar. Ona görə də, Qərbin demokratiya institutları üçün əgər doğurdan da demokratik dəyərlər, insan hüquq və azadlıqları, söz azadlığı üstün dəyərdirsə mütləq Ermənistanda baş verənlərə adekvat münasibət bildirməli, işğalçı olkənin diktatura rejimini ifşa etməlidirlər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.