"Paşinyan hakimiyyətdə nə qədər çox qalsa..." - Dövlət başçısı
Paşinyan küçədən gələn bir adamdır. Kim idi o? Heç kim. Bir yazar idi, heç yazar da deyil. Bir qəzetin müxbiri idi və küçədən gəlib rəhbər oldu və nə etdi bundan sonra? Ermənistana fəlakətə apardı”.
Bunu Azərbaycan Prezidenti “Haber Türk”ə müsahibəsi zamanı deyib.
“Ermənistanda bu gün diktatura tam hökm sürür. İki keçmiş prezident – hər ikisinə də cinayət işi açıldı. 2 ilə yaxın həbsdə qaldı, sonra onu buraxdı, ancaq cinayət işi qalır. Digərinə isə xaricə çıxmaq qadağası var. Müxalifət partiyasının sədrini həbsə atdı. Konstitusiya məhkəməsini darmadağın etdi, qovdu. Konstitusiya məhkəməsinin sədrini şantaj etdi, həbslə hədələdi və zorla adamlarını ora yerləşdirdi. Jurnalistləri həbslərdə çürüdür”, - Prezident vurğulayıb.
Ölkə başçısı həmçinin Ermənistan baş naziri Nikol Paşinyanın Soros Fondunun bir məhsulu olduğunu vurğulayıb:
“Hər kəs bilir ki, Paşinyan Sorosun bir məhsuludur. O, Soros tərəfindən idarə olunan bir adamdır. Bu, postsovet məkanında baş vermiş çevrilişlər, “inqilablar” bir mənbədən qaynaqlanır. Bu gün bizim məqsədimiz Paşinyana problem yaratmaq (Paşinyanın hakimiyyəti üçün problem nəzərdə tutulur ) deyil. O, nə qədər çox qalsa, bizim üçün bir o qədər də yaxşıdır”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək