XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Kamil Zeynallının davası ilə bağlı RƏSMİ AÇIQLAMA

Kamil Zeynallının davası ilə bağlı RƏSMİ AÇIQLAMA

Kamil Zeynallının davası ilə bağlı RƏSMİ AÇIQLAMA
19-06-2020, 15:27

Xəbər verdiyimiz kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallının dava etməsi ilə bağlı video yayımlanıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov açıqlamasında bildirib ki, hadisənin Abşeron rayonu Qobu qəsəbəsində baş verib:

"Hadisə Abşeron rayonu Qobu qəsəbəsində olub. Hər iki sürücü bir-birinə yol vermədiyi üçün sözləri çap gəlib. Nəticədə aralarında mübahisə yaşanıb və dava düşüb. Onlar polis tərəfindən müvafiq polis şöbəsinə aparılıb. Orada yazdıqları izahatda bir-birlərindən şikayətçi olmadıqlarını bildiriblər və bu səbəbdən sərbəst buraxılıblar.

Ehsan Zahidov yayılan görüntülərin də araşdırıldığını deyib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.