SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Abşeronda yas mərasimində dava düşdü

Abşeronda yas mərasimində dava düşdü

Tarix:

1-11-2017, 14:54

/ 56 777 dəfə oxundu.
Abşeronda yas mərasimində dava düşdü

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində qəribə hadisə baş verib.

Ötən gün qəsəbədə yas mərasimində dava düşüb. Davanın səbəbkarı bir dəstə “Vəhabi” adlanan dindarlar olub.

Onlar yas yerinə gələrək, mərhumun ünvanına təhqirəmiz ifarədələr işlədiblər və sonra mağarı sökməyə cəhd ediblər. Onlar bunun səbəbinin qurulan mağarın yolu bağlaması və gediş-gəlişə mane yaratması ilə bağlı olduğunu bildiriblər. Bir neçə nəfər isə, ümumiyyətlə, ehsan verilməsinin doğru olmadığını deyib.

Nəticədə mərhumun yaxınları ilə vəhabilər arasında mübahisə yaranıb. Qəsəbə sakinləri onları sakitləşdirib, vəhabiləri yas yerindən uzalaşdırıblar.

Şərhlər

XƏBƏR LENTİ