Kamil Zeynallı ilə bağlı DİN-dən açıqlama
Xəbər verdiyimiz kimi ötən gün idmançı Kamil Zeynallı Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs olunub...
Karantin rejimi qaydalarına görə bəzi rayonlara gediş-gəliş bərpa edilsə də, Bakı, Gəncə və Lənkəran şəhərləri və Abşeron rayonundan digər rayonlara olan gediş-gəliş qadağası mayın 31-dək qüvvədə qalır.
Bakı sakini olan Kamil Zeynallı da imkansız ailələrə maddi yardım aparmaq məqsədi ilə əvvəl Ucara, daha sonra isə Füzuli rayonuna gedib. Bu zaman isə ağıllara bir sual gəlir. Bakı sakini olan vətəndaş rayonlara hansı yolla gedib?
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında Kamilin hazırkı, karantin rejimi qaydalarına görə həbs edildiyini bildirdi.
İdmançının Fizuli və Ucara hansı yolla getməsi ilə bağlı suala isə Ehsan Zahidov eyni cavabı verdi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək