"Əgər doğrudursa, küçələrdə xidmət aparan yol polisləri kimlərdir?” —Ehsan Zahidov
"Bu məlumatlar doğru deyil. Əgər doğrudursa, küçələrdə xidmət aparan yol polisləri kimlərdir?”
Bunu Modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov nazir, general-polkovnik Vilayət Eyvazovun Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin şəxsi heyətinin sərəncama göndərilməsi barədə əmr verməsilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
E.Zahidov eyni zamanda şöbə rəisi Vaqif Əsədovun vəzifədən çıxarılmasını da təkzib edib:
“Kim yazır bu məlumatları?! Bir neçə gün əvvəl Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Digər yazılanlar barədə məndə əlavə məlumat yoxdur”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır