Ehsan Zahidov da təltif edildi
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili İşlər Nazirliyinin əməkdaşları təltif edilib.
Məlumata görə, təltif edilənlərin içərisində Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat ximdətinin rəisi, polis polkovniki Ehsan Zahidov da var.
Ölkə başçısınını sərəncamı ilə E.Zahidov “Vətən uğrunda” medalı verilib.
Qeyd edək ki, E.Zahidov 1982-1989 - cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika ixtisası üzrə ali təhsil alıb.
E.Zahidov 1992-ci ildən etibarən daxili işlər orqanlarında çalışır. 1993-1997-ci illərdə DİN Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil allb. Ehsan Zahidov uzun müddət DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinə rəhbərlik edib. 2010-cu ildə daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Ehsan Zahidov Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini vəzifəsinə təyinat alıb. 2017-ci il fevral ayının 1-də DİN-in Mətbuat Xidmətinin rəisi təyin edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...