“VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb – İDDİA
“VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldatdığı iddia edilir.
Patrulaz.az saytına müraciət edən zərərçəkmişlər bildirirlər ki, “VİZA DƏSTƏYİ” MMC adlı şirkət tərəfindən Almaniya və Litvada işə düzəltmək və viza almaq vədi ilə müxtəlif məbləğlərdə pullar alınıb, lakin vədlər yerinə yetirilməyib.
İddialara görə, ümumilikdə vətəndaşlara 15.000 manatdan çox maddi zərər dəyib. Zərərçəkmişlərin sözlərinə görə, şirkətin rəhbəri Samir Mədətov, vətəndaşlarla bilavasitə təmasda olan isə Mövluda adlı qadın olub. Mövluda xanım özünü həm şirkət əməkdaşı, həm də Samir Mədətovun həyat yoldaşı kimi təqdim edib.
Vətəndaşların diqqətini TikTok platformasında açılmış “mmc_viza_desteyi_” adlı profil vasitəsilə çəkiblər. Əlaqə üçün həmin səhifədə +994553459694 nömrəsi qeyd olunub. Zəng edən vətəndaşlara Xudaverdiyev Məlahət Sahib qızı adlı şəxs cavab verirmiş.
İddialara əsasən, vətəndaşlar Bakıda – Ziya Bünyadov prospektindəki ofisdə qəbul olunublar. Şirkətin Gəncə şəhərində də ofisinin olduğu bildirilir. Lakin işlərin alınmadığını görən zərərçəkmişlər pullarını geri tələb etdikdə, ofislər bağlanıb və şirkət nümayəndələri əlaqəni kəsiblər. Onlara sosial şəbəkə hesabları üzərindən yazan vətəndaşlar bloklanır, telefon zənglərinə isə cavab verilmir.
Zərərçəkmiş vətəndaşlar aidiyyəti dövlət qurumlarından məsələyə hüquqi qiymət verilməsini və qanunvericiliyə uyğun tədbirlərin görülməsini xahiş edirlər.(Patrulaz.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...