Yol nişanı ÜZƏRİNDƏ ƏT KƏSİMİ REKLAMI: İcra başçısı AÇILIŞDA
Ağstafa rayonunun Həsənsu kəndində yol hərəkəti qaydalarının kobud şəkildə pozulduğu fakt qeydə alınıb.
32gun.az xəbər verir ki, kənd ərazisindəki yol nişanlarından birinin üzərinə reklam lövhəsi yapışdırılıb. Nəticədə nişanın funksiyası itib və bu da sürücülərin həyatını təhlükəyə atır.
Reklam lövhəsi kənddə yeni fəaliyyətə başlayan “Həsənsu Kəsim məntəqəsi” (heyvan kəsimi) üçün yerləşdirilib.
Araşdırmalarımız zamanı məlum olub ki, sözügedən heyvan kəsimi məntəqəsi bir neçə gün öncə – Qurban bayramı ərəfəsində fəaliyyətə başlayıb. Məntəqənin açılışında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov da iştirak edib. Hətta bu barədə İcra Hakimiyyətinin rəsmi “Facebook” səhifəsində də paylaşım edilib. Bildirilib ki, Seymur Orucov məntəqədəki şəraitlə tanış olub, xidmətlərin səviyyəsinin artırılması ilə bağlı göstərişlər verib. Baytarlıq nəzarəti və sanitar-gigiyenik qaydalara əməl olunması yüksək qiymətləndirilib.
32gun.az-ın əldə etdiyi məlumata görə, kəsim məntəqəsinin sahibi Hüseyn adlı sahibkardır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır