SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Rayondan gələnlər 25 manata Bakıya buraxılır? - RƏSMİ AÇIQLAMA

Rayondan gələnlər 25 manata Bakıya buraxılır? - RƏSMİ AÇIQLAMA

Tarix:

23-03-2020, 09:57

/ 1 965 dəfə oxundu.
Rayondan gələnlər 25 manata Bakıya buraxılır? - RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) rayon qeydiyyatında olan şəxslərin 25 manat müqabilində Bakı şəhərinə buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, sosial şəbəkələrdə yayılan həmin məlumatlar yalandır və qərəzlidir:

"Bu qərəzli məlumatları o şəxslər yayırlar ki, onlar məlum qadağanı bilərək Bakı şəhərinə üz tuturlar və polis onları paytaxta buraxmır. Buna görə də yalan və qərəzli məlumatlar yaymaqla ictimaiyyəti çaşdırmaq istəyirlər. Nəzərinizə çatdırım ki, Bakı-Qazax, Bakı-Şamaxı və Bakı-Quba istiqamətlərində qoyulmuş postların fəaliyyəti DİN rəhbərliyi tərəfindən müşahidə kameraları vasitəsi ilə daim izlənilir. Bir daha vətəndaşları Nazirlər Kabinetinin məlum qərarına əməl etməyə çağırırıq".

E.Zahidov, həmçinin rayon qeydiyyatında olan şəxslərin Bakı, Sumqayıt və Abşeron qeydiyyatında avtomobillərlə də paytaxt ərazisinə daxil ola bilməyəcəklərini qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ