SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən "seçkilər" Ermənistanın növbəti siyasi şousudur

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən "seçkilər" Ermənistanın növbəti siyasi şousudur

Tarix:

11-06-2020, 14:19

/ 1 795 dəfə oxundu.
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən "seçkilər" Ermənistanın növbəti siyasi şousudur

Nərimanov Bələdiyyəsinin üzvü, rayonun fəal gənci Aydan Xəlilli

Artiq bütün dünyaya bəllidir ki, Ermənistan Azərbaycan ərazilərində Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarını pozaraq, "Dağlıq Qarabağ Respublikası” deyilən qondarma bir qurum yaratmişdir, hansı ki, orada dəfələrlə seçki görüntüsü yaratmağa cəhd etmişdir. Bu yaxınlarda qondarma rejimin kriminal rəhbərliyi yenidən "parlament seçkiləri” keçirmək niyyətinə düşmüşdürlər. Məlum olduğu kimi, Azərbaycanın işğal altında olan torpaqlarında növbəti seçki oyunu beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tamamilə ziddir. Bu həm də Ermənistanın siyasi hakimiyyət dairələrinin işğalının əsil mahiyyətini və səbəblərini artıq dərk etməkdə olan beynəlxalq ictimaiyyəti və dünya dövlətlərini çaşdırmaq, sülh danışıqlarına əngəl törətməyə yönələn yeni bir cəhdin olmasına sübütdur.
Belə ki,sözügedən qondarma seçkilərdən sonra bütün aparıcı beynəlxalq təşkilatlar - ATƏT-in Minsk qrupunun həmsədrləri və 50-yə yaxın ölkə, NATO, Avropa Parlamenti İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, həmçinin Avropa İttifaqında 30-a yaxın ölkə bu seçkiləri tanımadığını açıq-aydın və qərəzli şəkildə öz bəyanatlarında səsləndirmisdirlər.
Buna baxmayara uzun illər, 20 il ərzində Azərbaycanı qaralamaq, Azərbaycana şər, böhtan atmaq, ölkəmizi nüfuzdan salmaq üçün əlindən gələni əsirgəməyən,həmçinin Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışan bir sıra Avropa təşkilatlarının əsas məqsədi Azərbaycanı qaralamaq, şantaj etmək ölkəmizin maraqlarına zərbə vurmaqdir. Hansı ki öz ölkələrində olan polis zorakılığına, nümayişçilərə qarşı tətbiq edilən gücə, nümayişçilərin öldürülməsinə, onların gözlərinin çıxarılmasına, kütləvi surətdə həbslərinə, jurnalistlərin döyülməsinə, hətda həbs edilməsinə qarşı müşahidə edilən haqsızlıqlara göz yumur və susurlar.
Cənab prezident İlham Əliyev oz çixişlarinda yuxarıda qeyd olunanlarla bağlı sərt mövqeyini bildirərək qeyd etmişdir ki”Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar”.

Belə təşkilatların Qərəzli, ədalətsiz və beynəlxalq hüququ nəzərə almadan qarayaxma kampaniyaları Azərbaycanın öz siyasi iradəsindən döndərə bilməyəcəkdir
.
Bu gün Azərbaycan sabitlik və inkişaf baxımından dünyada nümunə olacaq ölkələrdən biridir. Təbii ki, təhlükəsizliyin təmin olunması və qorunması dövlət rəhbərliyinin əsas vəzifələrindən biridir. Xalqımız tərəfindən iqtidarın bu yöndəki siyasəti böyük dəstək qazanıb.Qazanılan uğurlarla yanaşı, ölkəmizin qarşısında gələcək hədəflər də dayanır. Ölkəmizin iqtisadiyyatının daha da güclənməsi, əhalinin rifah halının daha da yüksəlməsi, Azərbaycanın regionda və beynəlxalq miqyasda mövqelərinin daha da gücləndirilməsi və qarşıda dayanan ən əsası vəzifəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.

Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.Azərbaycan xalqı və hökuməti Dağlıq Qarabağla bağlı öz mövqeyini ortaya qoyub.Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, heç bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Azərbaycanın bir qarış torpağı da ondan qoparıla bilməz. Dağlıq Qarabağın Azərbaycandan ayrılması müzakirə predmeti deyil, olmayıb və olmayacaq.

Şərhlər

XƏBƏR LENTİ