SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Fiaskoya uğrayan erməni "seçki" şousu

Fiaskoya uğrayan erməni "seçki" şousu

Tarix:

9-06-2020, 17:44

/ 1 177 dəfə oxundu.
Fiaskoya uğrayan  erməni "seçki" şousu

İctimai.az informasiya portalının baş redaktoru, "GələcəkSƏN" Təlim və İnkişaf proqramının rəhbəri, Nərimanov rayonun gənci Rəşad Bayramov

31 mart 2020-ci ildə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçı rejim növbəti dəfə qondarma "prezident və parlament seçkiləri" keçirdi. Koronavirus pandemiyasının bütün dünyanı cənginə aldığı bir vaxtda, beynəlxalq aləmdə qəbul edilməyən bu seçki prosesi sadəcə, Dağlıq Qarabağın "müstəqil respublika" olduğunu dünyaya tanıtması istiqamətində qurulan çirkin və yalanlarla zəngin ssenarisindən başqa bir şey olmadı.
Ermənilər zəbt olunmuş ərazilərdə bundan əvvəl də bir neçə dəfə "seçki" şouları təşkil ediblər. Lakin bunun adi "seçki tamaşası"ndan başqa bir şey olmadığına sonda özləri də anlamışdılar. Bu dəfə də vəziyyət digərlərindən fərqlənmədi. Əksinə, analoji hallar Ermənistanın işğalçı siyasətinin ifşa edilməsinə təkan verən məqamlardan biri kimi çıxış edir.
Dünya birliyinə də məlumdur ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal olunub. Əvvəla, bu beynəlxalq hüququn bütün norma və prinsiplərinin kobudcasına pozulması deməkdir.
Dağlıq Qarabağda 2020-ci il martın 31-də təşkil olunan və ümumi seçki kimi qələmə verilən “prezident və parlament seçkiləri” şousu beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd edildi. Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilən qondarma “seçkilər”in qanunsuzluğu Birləşmiş Millətlər Təşkilatından sonra dünyada ikinci ən böyük siyasi platforma sayılan Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin yekdil qərarı ilə bir daha təsdiqləndi. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ABŞ, Fransa və Rusiya bu qondarma seçki şousunu pisləyərək tanımadıqlarını bəyan etdilər. 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, GUAM, ATƏT Parlament Assambleyası, NATO, o cümlədən dünyanın bir çox dövlətləri tərəfindən qondarma seçkinin nəticələri tanınmadı.
"Seçkiləri" pisləyən bəyanatlardan biri də Avropa İttifaqının (Aİ) Xarici Siyasət Xidmətindən gəldi. Həmin bəyanatda qeyd olunur ki, Avropa İttifaqı Dağlıq Qarabağda keçirilən qondarma "prezident və parlament" seçkilərini tanımır: "2020-ci il martın 31-də Dağlıq Qarabağda qondarma "prezident və parlament seçkiləri" ilə əlaqədar olaraq Avropa İttifaqı bir daha xatırladır ki, blok bu seçkinin baş tutduğu hüquqi bazanı və konstitusiyanı tanımır.
Əslində bütün bunlar gözləniləndir. Əvvəla, beynəlxalq münasibətlər sistemində yer alan dövlətlər və təşkilatlar Dağlıq Qarabağ ərazisini tarixi Azərbaycan torpaqları olduğunu bilir. İkincisi, iki ölkə arasında olan fərq nəzərə alınarsa, saxta seçkilərin qəbul edilməsi regionda yerləşən ən güclü dövlətlə əlaqələrin korlanmasına gətirib çıxaracaq və Azərbaycan tərəfindən etirazla qarşılanacaq. Məhz qeyd etdiyimiz səbəblər bir daha sübut edir ki, Dağlıq Qarabağ ərazisi Azərbaycanın tərkib hissəsidir.
Prezident İlham Əliyev hər zaman çıxışlarında qarşı tərəfin cinayətkar və işğalçı fəaliyyətini önə çəkir. Bu ayın əvvəlində Prezidentin Tərtər rayonuna səfəri zamanı, Tərtər Olimpiya İdman Kompleksinin açılışında səsləndirdiklərini bir daha yada salmaq kifayətdir.
"2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik ediblər. Yəni bir ölkənin müstəqilliyi hələ 30 ilə çatmayıb, ölkənin 20 ili cinayətkarların ixtiyarına buraxılıb. Əlbəttə ki, bu cinayətkar dəstə cinayətkar rejim yaradıb. O cinayətkar rejim ki, bütün milli azlıqları əzibdir. Orada bir dənə də olsun milli azlıq yoxdur. Azərbaycanın qədim torpaqlarında bir nəfər də olsun Azərbaycanlı qalmayıbdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz dağıdılıb, Azərbaycanın tarixi irsi silinibdir."
Yuxarıda qeyd olunanları hər kəs çox gözəl bilir, hətta Ermənistan rəhbərliyi belə. Sadəcə Ermənistan tərəfi qeyri-peşəkar hərəkətlər vasitəsilə münaqişənin tənzimlənməsi istiqamətində aparılan fəaliyyətə maneəçilik törətmək istəyirlər. Amma Azərbaycan bununla əsla barışmayacaq. Hər zaman sülhsevər fəaliyyəti ilə dünyaya nümunə olan Azərbaycan, münaqişənin minimum itkilərlə yekunlaşmasını istəyir. Təbii ki, bunun da bəlli bir müddəti vardır və o zamana qədər münaqişənin nəticəsi sülh yolu ilə həll olunmayacağı təqdirdə, ermənilər "Aprel kabusu"nu yenidən yaşamalı olacaqlar. Bu dəfə dayanacaq isə tarixi Azərbaycan ərazisi - İrəvan olacaq.

Şərhlər

XƏBƏR LENTİ