XİN: “Dağlıq Qarabağdakı “referendum” beynəlxalq hüququn pozulmasıdır”
Türkiyə XİN: “Dağlıq Qarabağdakı “referendum” beynəlxalq hüququn pozulmasıdır”
Türkiyə qondarma “Dağlıq Qarabağ Respublikasın”da fevralın 20-da keçirilməsi planlaşdırılan “referendum”u tanımadığını bəyan edib.
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 25 ildir ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində keçirilməsi planlaşdırılan “referendum” beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının qərarlarının, ATƏT prinsiplərinin açıq pozulması deməkdir. Bu və buna bənzər tədbirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair səylərə də zərər verir.
“Ölkəmiz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə yönəlmiş bu hadisəni qınayır. Qeyri-qanuni olan bu “referendum” və nəticələri Türkiyə tərəfindən tanınmayacaq”, - deyə bəyanatda bildirilir.
Açıqlamada o da qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığa ən böyük maneə olmaqda davam edir: “2016-cı ilin aprel ayında Dağlıq Qarabağdakı təmas xəttində və Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində yaşanan insidentlər status-kvonun davam etdirilməsinin mümkünsüzlüyünü, münaqişənin tezliklə sülh yolu ilə həllini tapmasını labüd edir. ATƏT-in Minsk qrupunun üzvü olan Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həlli ilə bağlı səyləri dəstəkləməyə davam edəcək”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...