SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » KTN daxilində NƏ BAŞ VERİR? - İDDİA

KTN daxilində NƏ BAŞ VERİR? - İDDİA

Tarix:

18-05-2020, 10:13

/ 2 547 dəfə oxundu.
KTN daxilində NƏ BAŞ VERİR? - İDDİA

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Nazirin bacarmadığı klanların savaşında bir cəbhədə qərar alan Aparatın Maliyyə mühasibat-uçotu şöbəsinni müdiri cənab Mikayıl Nuriyev, yaxın qohumu (dayısı vəya biboğlu) iki vəzifə sahibi Aparat rəhbərinin müavini-İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Elvin Paşayev və Aparatın Daxili nəzarət şöbəsinin müdiri Fuad Mayılov və Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev birləşmişlər.

Digər cəbhədə isə Nazir müavini İlhamə Qədimova, keçmiş Aparat rəhbəri indiki Aqrar Tədarük və Təchizat ASC-nin idarə heyətinin sədri Aqil Quliyev, Hüquq şöbəsinin müdiri Nicat Əfəndiyev və Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyevdir. Birinci qurpda formalaşan rəhbər şəxslər böhtanlarla digər qrup üzvləri şərləyərək Nazir cənab İnam Kərimova onların yarıtmaz olmalırını sübut etməyə çalışırlar.
Teref.az-a araşdırmasını göndrən müəllif məqaləsini belə başlayır. Sonra müəllif yazır:
Xəbərsiz rüşvət və korrupsiya əməlləri
Məlumat üçün bildirək ki, Aparatın Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri cənab Mikayıl Nuriyev Nazirdən xəbərsiz maliyyə maxinasıyalarını həyata keçirir. Keçmiş nazir cənab Heydər Əsədovun rəhbərlik etdiyi dövrdə cənab Mikayıl Nuriyev naziri aldada bildirmi səbəb isə Nazir Əsədov ixtisasca mühasib olmağı və ona inanmamı idi bu səbəbdən həmişə nəzarətdə saxlayırdı. Lakin o dövrdə də Mikayıl Nuriyev rəhbərlik etdiyi şöbənin əməkdaşı Cəmilə xanım tabeli təşkilatların rüblük büdcə və təsərrüfat hesabatlarını 100 manata qəbul edirdi (məlumat üçün bildirirəm ki, Nazirliyin o dövrdə 60 rayon idarəsi, 8 Elmi Tədqiqat İstitutunun baleyindəki təsərrüfatlar və 4 Xidmətin rayon idarələri). İnam Kərimov nazir təyin ediləndə adı çəkilən şəxsləri yanına çağıraraq irad bildirirək bu hərəkətlərə son qoymağı tələb etmişdir. Lakin təəssüf hiss ilə qeyd etmək istərdim ki, bu gündə həmin proses gedir və həmin xanım Mikayıl Nuriyevə göstərdiyi sədaqətin qarşılığında qohumu Elvin Paşayevin Naziri aldatması nəticəsində sektor müdiri (yəni baş) mühasib vəzifəsinə təyin edilmişdir. Nazirlikdə bu gündə cənab Mikayıl Nuriyevin rəhbərliyi altında Nazirdən xəbərsiz maliyyə fırıldaqları davam edir. Əkinçilik Elmi Tədqiqat İnstitutunun baş mühasibi Mətanət xanım (qeyd edək ki, xanım müvafiq ali təhsili belə yoxdur və illərdir mühasib vəfizəsində çalışır) İnsitituta ayrılmış Dövlət Proqramının icrası çərçəvsində ayrılmış 1.5 miliyon manat pulun hesabatlılığı bu gündə tam bitməmişdir. Hesablama Palatası tərəfindən yoxlamaların getməsinə baxmayarq taleyi hələdə müəmmalıdır. Vəsait çərçivəsində alınan avandalıqlar barədə 300 min manatlıq işçilərə istifadə təlimatları ilə bağlı təlim həyata keçirilmişdir. Məsələnin maraqlı tərəfi budur ki nə avadanlıq istifadə üçün paketlərdən çıxarılıb nədəki hansısa əməkdaş təlimdə iştirak edib. Mikayıl müəllim bu məsələ ilə bağlı xanımı müdafiə edir...
Aparılan yoxlamalar niə nəticəsiz qalır? Cavabı çox sadədir Buna isə səbəb Mikayıl Nuriyev mövcud vəzifəsindən öncə Hesablama Palatasında çalışmışdır və dostlarının köməkliyi ilə məsələləri örtbasdır edərək Nazir İnam Kərimova həqiqi məlumat verilməsinin qarşısını alır. Cənab Mikayıl Nuriyev tabeli təşkilatların həyata keçirdiyi satınalmalarda qeyri-rəştsiz payçı olması dövlət əmlaknı mənimsəmi əsaslı faktlarla qeydə alınmışdır. Buna ən kiçik misal olaraq onun İnci Group MMC-lə əlbir olaraq Nazirlik Apartında həyata keçirilən satıalmalda 10 minlər manat dəyərində korrupsiya faktı ilə şəxsin əldə etdiyi gəlirlər sadəcə ən dəyəriz misaldır. Nazirin təyin etdiyi yoxlamalar Daxili Nəzarət şöbəsinin müdiri Fuad Mayılovun bu maliyyə fırıldaqlarını ört basdır etməsinə səbəb olur çünki onun cənab Nuriyevin yaxın qohumu olan Elvin Paşayevə mənəvi borcunun olmasıdır onu qeyd edilən vəfizəyə Elvin Paşayev gətirmişdir. Şöbə kadrlarının yoxlamarı apara bilməsi üçün bilik potensialı olması isə ayrı bir mövzudur...
Kadr oyunlarının mərkəzində cənab Elvin Paşayev və müavini cənab İlham Süleymanov...
İlham Süleymanovun makler ləqəbi daşıması Nazirlikdə Nazir müavinindən tutmuş ən siravi işçiyə kimi bəllidir lakin Nazirə bu makler barədə məruzə etməyə heç kim ürək elemir. Nazirliyə gəldiyi dövrdən qısa zaman müddətində “sağlığına qismət” özünə yeni avtomobil almış, yamaqlı kostyumlarını “Emiland” kostyumları ilə əvəz etmiş və Yasamal rayonunda (Musabəyov heykəli deyilən ərzidə) özünə mənzil almışdır! Bəs necə hansı pulla? Dövlət quluğunda aldığı maaşlamı yoxsa özlərinə rəva gördükləri aylıq büdcədən kənar vəsait hesabına 2-3 qat yazılan maddi yardımlamı əlbətdki yox o bunları DAİM-lərə vəya tabeli digər təşkilatlara 300-500 manat maaş qarşılığında işə götürmək məqsədilə alınan 5000-10000 manat rüşvətlərin hesabınadır. Hər kəs adı çəkilən şəxs barədə bilir ki, işə qəbuldan rüşvət alaraq açıq bazar həyata keçirir.
Bütün bu faktlar təəssüf hissi ilə qeyd etmək istərdik ki, ya nazir cənab İnam Kərimov həqiqətəndəndə xəbərsizdir yadaki komandası ilə bacarmır.
Qeyd edilən faktlarla bağlı Nazirin ədalətli qərar vercəyinə və hüquq mühafizə orqanlarının rəsmi araşdırma apararaq yuxarıda adı çəkilən şəxslər barəsində qanun qarşısında cavab vermələrini gözləyəcik .
Düşünürük ki, İnam Kərimovun ixtisasca hüquqşünas olması onun ədalət qərar verərək, qanunun aliliyinə və haqın bərqərar olmasını təmin edəciyinə ümid edirik.

Adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!

Şərhlər

XƏBƏR LENTİ