Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 6 yüksək vəzifə boşdur - SİYAHI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) vəzifəli şəxslər işdən çıxarılıb.
Bununla bağlı nazir Sahil Babayev müvafiq əmrlər imzalayıb.
Məlumata görə, nazirliyin Aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol), Aparat rəhbərinin müavini Ədalət Əliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev öz ərizələrinə əsasən işdən çıxıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik müvəqqəti olaraq Pərviz Cəfərova tapşırılıb. "Report"un əldə etdiyi məlumata görə, bu vəzifəyə hazırda digər nazirlikdə çalışan şəxs təyin olunacaq.
Hazırda ƏƏSMN-də Aparat rəhbəri, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Əmək siyasəti şöbəsinin müdiri, Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri, Daxili nəzarət şöbəsinin müdiri, Kadr və kadr hazırlığı şöbəsinin müdiri postları boşdur.
Qeyd edək ki, Ə.Cəbiyev 2013-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışırdı. Elman Babayev isə 2014-cü ildən nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri idi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...