SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Aqrar Xidmətlər Agentliyi korrupsiya yuvasına çevrilib? - Nazirə faktları təqdim edən əməkdaş TƏQİB OLUNUR

Aqrar Xidmətlər Agentliyi korrupsiya yuvasına çevrilib? - Nazirə faktları təqdim edən əməkdaş TƏQİB OLUNUR

Tarix:

10-10-2020, 19:22

/ 1 300 dəfə oxundu.
Aqrar Xidmətlər Agentliyi korrupsiya yuvasına çevrilib? - Nazirə faktları təqdim edən əməkdaş TƏQİB OLUNUR

"Hörmətli Dia.az portalı. Mən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşıyam. İki ay bundan əvvəl mən Kən Təsərrüfatı naziri İnam Kərimova telefon açdım və AXA da baş alıb gedən qanunsuzluq, özbaşınalıqlar, həc-mərclik barədə məlumat verdim və məni şəxsən qəbul etməsini xahiş etdim". DİA.AZ bildirir ki, bu redaksiyamıza daxil olan müraciətdəndir və müraciət müəllifinin adını öz xahişi ilə açıqlamırıq.

Daha sonra müraciət müəllifi yazır: "Cənab İnam Kərimov mədəni və alicənablıq edərək məni dinlədi və “Sizinlə əlaqə saxlıyarlar” dedi. Həmin gün işin sonunda Kənd Təsərrüfatı nazirliyinin “Daxili nəzarət və audit” şöbəsinin müdiri Fuad Mayılov və “İnsan resuslarının idarə edilməsi” şöbəsinin müdiri Elvin Paşayev qəbul edib dinlədilər.

01 sentyabr 2020-ci il tarixdə AXA-nın sədri Seymur Mövlayev AKİA-ya sədr,Mirzə Əliyev isə AKİA-nın sədri vəzifəsindən AXA-ya transfer edildi.Qanunsuzluqları,korrupsiya faktlarını nazir cənab İnam Kərimov məlimat verdiyim üçün qara günlərim başlayıb. Təzyiq və təqiblərə məruz qalmışam.Nə qədər çalışıramsa nə cənab İnam Kərimovun,nə də təzə sədr Mirzə Əliyev məni qəbul etmir. Çünki, "5-ci kolon"a xidmət edən Heydər Əsədovun yaratdığı şəbəkəni İnam Kərimov dağıda bilmir.

Dünən (srağagün -red.) şöbə müdiri Möhtəsim Əhmədov və sektor müdiri Afaq Abbasovanın təşkili ilə məni şərləməyə başlayıblar. Dia.az vasitəsi ilə Azərbaycan Respublikasının Pezidenti cənab İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan və Baş prokuror Kamran Əliyevdən kömək istəyirəm".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ