XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Qaradağın icra başçısının qardaşı ilə bağlı-ŞOK İTTİHAMLAR

Qaradağın icra başçısının qardaşı ilə bağlı-ŞOK İTTİHAMLAR

Qaradağın icra başçısının qardaşı ilə bağlı-ŞOK İTTİHAMLAR
18-04-2017, 11:05

Hörmətli xalqxeber.az redaksiyası!

Sizə Qardağ rayonunda yerləşən karxana işi ilə məşğul olan onlarla sahibkar adından yazıram. Açığı bizim sizə müraciət etməkdən ayrı yolumuz qalmayıb. Ancaq məlum səbədən hələ ki, adlmızı açıqlaya bilmirik. Adımızı açıqlarsaq, onda bizim karxanalar bağlanacaq, ya da başqa birinə satacaqlar. Bunun üçün Süleyman Mikayılovun hər cür imkanları var. Lakin vəziyyətimiz elədir ki, dərdimizi ictimaiyyətin diqqətinə çatdırmaq məcburiyyətindəyik. Onsuzda bizim son nəfəsimizdir. Məsələ ondadır ki, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun qardaşı Bağır Süleymanov bizim son tikəmizi belə ağzımlzdan çıxarır. Neçə ildir ki, Bağır Süleymanov icra başçısı olan qardaşının adından bizdən aylıq toplayırdı. Aylıq toplayanlar təkcə İcra başçısının qardaşı deyil, həmçinin Əməyin Mühafizəsindən, vergilərdən, Azərişaıqdan, və bir çox başqa idarələrdən gələn məmurlara aylıq veririk. Bu günə qədər hər şeyi bir təhər idarə etməyə çalışırdıq və işimizin yolunda getməsi naminə ilə hamının könlünü xoş tutmağa çalışırdıq. Ancaq indi vəziyyət dəyişib. Əvvəllər bizlərdən ancaq Süleyman Mikayılovun adlna aylıq toplamaqla məşğul olan Bağır Süleymanov bizim öz uçastkalarımızı yenidən bizə satmağa qalxıb. Başçının qardaşı açıq şəkildə deyir ki, ya uçastkalarımızı yenidın almalıyıq, ya da uçastkalarımızı əlimizdən alınıb başqalarına satacaq. Bunun üçün onlarln əlində qanuni ısaslar da var. Yəni bizim uçastkalarımızı bağlamaq onlar üçqn su içmək qədər asandır. İcra Hakimiyyətinin məmurları, ya da əməyin mühafizəsindən olan məmurlar ürəkləri istədikləri zaman uçastkalarımızı bağlamaq imkanlarına sahibdirlər. Bunu əsaslandlrmaq üçün onların heç ir oroblemi yoxdur. Lakin məslə oraslndadlr ki, bütün karyerdə eynimaayda on illərdir hökm sürür. Hər kəs aylığını verib işini görür. Və u aylığa görə bir çox iş qüsurlarına məmurlar gpz yumurlar. Yəni faktiki olaraq inlar da dolanır, biz də dolanırıq. İndi isə Bağır Süleymanov bizim öz "uçastkalarımızı" bizə satmaöa qalxlb. Məsələ orasındadır ki, buz bu uçastkaları ha ımız pulla almışıq. Yəni zamanında birə 10 qiymətə aldığımız əraziləri indi yenidən bizə satmaq istəyirlər. Həm eə bu dəfə qiymıti iki dəfə daha artırıblar. Baöırr Süleymanov öz qardaşı adından artıq bizə ultimatum və vaxt verib. Əgər tələb olunan məbləğlər aprelin 20-nə qədər verilməsə, buzim uçastkalarımız bağlanacaqş sinra da başqasına satacaqlar. Hörmətli media nümayəndələri. Sizdən xahiş edirik k6, bizim səsimizi ölkə prezidenti möhtərəm İlham Əliyevə, və birinci vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya çatdlrasınız . Buz inanırıq ki, Süleyman və Bqğır Mikayılovları ancaq ölkə rəhbıəliyimiz durdura bilər,. Bizim səsimizi isə onlara ancaq media çatdıra bilər. Başqa yollara baş vurmaq istərdik, amma şikatətlərimizin yenidən Süleyman Mikayılovun üstünə qayıdacağını bilirik. Əvvəlcədən sizə öz minnətdarlığımızı bildirirk".

xalqxeber.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.