SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Eldar Mahmudov özü də rüşvətxor idi deyə icra başçılarını həbs etmirdi” - ekspert

"Eldar Mahmudov özü də rüşvətxor idi deyə icra başçılarını həbs etmirdi” - ekspert

Tarix:

27-02-2020, 10:49

/ 910 dəfə oxundu.
"Eldar Mahmudov özü də rüşvətxor idi deyə icra başçılarını həbs etmirdi” - ekspert

Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyevin, ondan da əvvəl Ağstafanın icra başçısı Nizaməddin Quliyevin, həmçinin onların tabeliyində olan digər vəzifəli şəxslərin iş başındaykən, kabinetlərindəcə qandallanması Dövlət Təhlükəsizlik Xidmətinə xalq arasında inamı gücləndirir.

General Əli Nağıyev DTX-ya rəis təyin edildikdən sonra keçən müddətdə rüşvətxor icra başçılarına, xalqın narazı qaldığı məmurlara qarşı bu xüsusi xidmət orqanının apardığı əməliyyatlar cəmiyyətdə müsbət qarşılanır. Eldar Mahmudovun zamanında MTN-in itirilmiş nüfuzu, korlanmış imici Əli Nağıyevin gəlişindən sonra müsbətə doğru dəyişir. Son həbslər DTX-ya cəmiyyətdə etimadı daha da artırıb.

Gununsesiaz.info-nun məlumatına görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Dövlət Təhlükəsizlik Xidmətinin son zamanlar rüşvətxor icra hakimiyyəti başçılarına və məmurlara qarşı həyata keçirdiyi əməliyyatlar cəmiyyətdə həqiqətən də müsbət qarşılanır:

“Prezident İlham Əliyevin də dediyi kimi, korrupsiya ölkəmiz üçün böyük təhlükədir. Bu həm də milli təhlükəsizliyimiz üçün böyük təhdiddir. Ona görə də korrupsioner məmurlara qarşı əsas mübarizəni məhz Dövlət Təhlükəsizlik Xidməti aparır. Məmur rüşvətxorlar dövlətin sütunlarını zəiflədirlər. Misal üçün, Neftçalanın icra başçısı bütün məmurlardan rüşvət toplayırmış. Baş həkim həkimlərdən, təhsil idarəsinin rəhbəri isə məktəb direktorlarından rüşvət toplayırmış. Bu o deməkdir ki, həkimlər və müəllimlər də sadə insanlardan pul toplayırmışlar. Yəni hər mərhələdə cəmiyyətin sütunlarında rüşvət toxumu səpilirmiş. Bu isə insanların dövlət idarəetməsinə inamını sarsıdırdı. Mən şübhə etmirəm ki, icra başçılarının hamısının otaqlarında gizli kameralar quraşdırılıb. Ancaq bəziləri o qədər harınlayıb ki, kameranı da vecinə almayaraq rüşvət toplayırlar. Məsələn, Neftçaladan əvvəl iki rayonun icra başçısı eyni cinayətə görə eyni üsulla həbs olunmuşdu. Buna baxmayaraq, Neftçalanın keçmiş icra başçısı rüşvətin toplanmasında ”ənənəvi” üslubda, yəni otağında pul toplayırdı. Eldar Mahmudov özü də korrupsioner idi. Rüşvətə qurşanan məmur özü kimiləri həbs etməzdi. Ona görə də Eldar Mahmudovun dövründə oxşar əməliyyatlar həyata keçirilmirdi. Eldar Mahmudovun qanunsuz əməlləri cəmiyyətdə onun rəhbərlik etdiyi struktura inamı sarsıtmışdı. Eldar Mahmudovun cinayətkar bandası neytrallaşdırıldıqdan sonra prezident doğru olaraq kəşfiyyatı əks-kəşfiyyatdan ayırdı. Hazırda Əli Nağıyevin rəhbəri olduğu Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyəti mövcud dövlət strukturuna olan inamsızlığı ortadan qaldırıb. Buna baxmayaraq, həbsini gözləyən rüşvətxor məmurların sayı hələ kifayət qədərdir. Bu cür məmurlar və onların korrupsioner fəaliyyətləri erməni işğalı qədər Azərbaycan üçün təhlükəlidir. Xalq DTX-dan bu cür məmurlara qarşı mübarizəni daha da şiddətləndirməyi gözləyir”.

Şərhlər

XƏBƏR LENTİ