XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » İki ölkənin Prezidentinə bir şikayət... - MƏTN

İki ölkənin Prezidentinə bir şikayət... - MƏTN

İki ölkənin Prezidentinə bir şikayət... - MƏTN
13-01-2020, 10:45

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,

Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Vladimiroviç Putinə,

Azərbaycan Respublikasının Baş naziri cənab Ə.Əsədova,

Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri cənab S.Nuriyevə,

Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab F. Ələsgərova,

Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab F.Məmmədova,

Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab E.Məmmədyarova,

Ədliyyə Nazirliyi Baş İcra və Probasiya İdarəsinin rəisi cənab N.Müstafayevə,

Rusiya Federasiyasının Azərbaycandakı səfiri cənab Mixail Boçarnikova,

Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurasının sədrinə,

Azərbaycan Respublikasının Ombudsman Aparatının sədrinə,

Azərbaycan və Rusiyanın Mətbuat orqanarına.

Rusiya Federasiyası, Moskva şəhəri, Zaqoryevski küç., ev 23, korpus 1, mənzil 489 ünvanda yaşayan Rusiya Fedrasiyasının vətəndaşı Əliyev Müviq Sərhad oğlunun Tel., ( Moskva) 495 6551537. (Bakı) (050-725 08 58) Etibarnamə əsasında nümayəndəsi, Bakı ş.,Yeni yasamal-2 Məh. 3158/60, ev 12, mən.36 ünvanda yaşayan Lətifov Emin Mirhəbib oğlu tərəfindən

“ Azərbaycan Respublikası ərazisində mülkiyyət hüququmun müdafiəsi və dəymiş ziyanın ödəniməsi barədə 14 avqust 2015-ci il tarixli, N-2(004) -5776/2015 saylı Yasamal rayon Məhkəməsi Qətnaməsinin qəsdən icra olunmamasından”

Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ (təkrar)

Çoxhörmətli Prezidentlər İlham Əliyev və Vladimir Putin!

Mən məcburam ki, öz hüquqlarımın müdafiə olunması üçün Sizlərə, hər iki dost ölkənin Prezidentlərinə bir daha müraciət edim.

Cənab İlham Əliyev, əvvəlcə səmimi olaraq bildirmək istəyirəm ki, Sovetlər dövründən Azərbaycandan gəlmiş və hazırda Rusiyada yaşayan biz Rusiya Fedrasiyasının vətəndaşları Sizin daxili və xarici siyasətinizi həmişə dəstəkləyirik. Və daima müasir dövrün dahi siyasətçisi olan ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsini həmişə yad edirk.

Çoxhörmətli, cənab İlham Əliyev! Mən Rusya Federasiyasının tanınmış və nüfuzlu bir vətəndaşı olaraq bir neçə il əvvəl Sizə və Rusiyanın Azərbaycandakı səfiri cənab Vladimir Doroxinə müraciət edərək mənim qanuni əmlak maraqlarımın Azərbaycanda müdafiə olunmasını xahiş etmişdim.

Çox təəssüf hissilə nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasının bəzi kommersiya təşkilatı və vəzifəli şəxsləri tərəfindən məhz mənim işimlə bağlı bütün beynəlxalq müqavilələr, o cümlədən MDB dövlətləri arasında bağlanmış Minsk və Kişinyov konvensiyası pozulmuşdur.

Bir daha xatırlatmaq istədim ki, mən bir Rusiya Vətəndaşı olaraq 2008-ci ilin may ayında Azərbaycanın paytaxtı Bakı şəhəri, Yasamal rayonu ərazisində 98580 manat ödəməklə 2 mənzil əldə etmişdim. Sonuncu dəfə, 2013-cü ilin fevralında Azərbaycana gələndə öyrəndim ki, mənə mənzilləri satmış şəxslər barəsində 201 epizod üzrə aldatmaya görə cinayət işi başlanmış və məhkəməyə göndərilmişdir.

Dələduzluq faktı üzrə mən də bir zəzərçəkən olaraq Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müqavilə bağladığım “Kamran B.Ə.” MMC –yə qarşı müraciətlər etdim. Və uzun müddət müraciətlərimə baxmayaraq mənim hüquqlarımın müdafiəsi üçün heç bir konkret ölçü götürülmədi.

Azərbaycan Respublikasının Prokurorluğu Respublika qanunvericiliyini və beynəlxalq müqvilələrdən irəli gələn bütün normaları açıq formada pozur və beləliklə də dost ölkənin vətəndaşına hüquqi köməklikdən imtina edirdi. Mən Rusiya Federasiyasının vətəndaşı olaraq bu ölkədə işlədiyim və yaşadığım üçün Bakıda baş verən belə qanunpozuntularından xəbərsiz idim.

Xatırladım ki, 14 avqust 2015-ci il tarixli, N-2(004) -5776/2015 saylı Yasamal rayon Məhkəməsi Qətnaməsinin qət etdi hissəsində qeyd edilir: “İddia qismən təmin edilsin. Cavabdeh “Kamran B.Ə.” MMC-dən 98580 manat pul iddiaçı Alıyev Müşviqin xeyrinə tutulsun. İddia tələbi qalan hissələrdə və cavabdeh “Şaiq MTK”-ya münasibətdə təmin olunmasın.”

Azərbaycan Respublikasının rəsmi İnformasiya Agentliyi olan AZƏRTAC isə məhz bu məsələilə bağlı 15 oktyabr 2012-ci il tarixi məlumatında bildirilir: Bakı, 15 oktyabr (AZƏRTAC). “Xəbər verildiyi kimi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Kamran B.Ə.” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) vəzifəli şəxslərinin MMC-nin payçılarının vəsaiti hesabına inşa edilmiş çoxmərtəbəli binada mənzilləri aldatma yolu ilə 291 şəxsə təkrarən satmaqla külli miqdarda özgə əmlakını ələ keçirmələri faktına görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanmışdır. İstintaqın gedişində 200 nəfər zərərçəkmişlə binanın tikintisini davam etdirən “Şaiq” MTK arasında yeni müqavilələr bağlanılmaqla onların pozulmuş mənzil hüquqları bərpa olunmuşdur. Bundan başqa, zərərçəkmişlərdən 12 nəfərə 217 min 699 manat qaytarılmaqla vurulmuş zərərin ödənilməsi təmin edilmiş, digər 79 nəfərə vurulmuş 2 milyon 251 min manat zərərin ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərin adlarına qeydə alınmış daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulmuşdur.”

Yəni, yerli məhkəmənin əsassız qətnamələrindən fərqli olaraq AZƏRTAC ın rəsmi məlumatından da görünür ki, “Kamran B.Ə.” MMC ilə mənim kimi mənzil müqaviləsi bağlamış 291 nəfər aldadılmış şəxsə binanın tikintisini davam etdirən, “Kamran B.Ə.”MMC-nin hüquqi varisi hesab olunan “Şaiq” MTK arasında yeni müqavilələr bağlanılmaqla tək məndən başqa onların pozulmuş hüquqları bərpa olunmuşdur. Mənimlə bağlı epizodda isə Məhkəmə yalnız “Kamran B.Ə” MMC-dən ( “Şaiq” MTK –nı “xilas etmək naminə”) 98580 manatın mənim xeyrimə tutulmasını təmin edir. Bu qətnamə qanuni qüvvəyə minsə də çox təəssüfləndici haldır ki, 4 ildir ki, icra olunm, "r. Çünki, Ədliyyə Nazirliyinin yerli icra şöbəsi qətnamənin icrasını “Kamran B.Ə” MMC-nin varisi olan “Şaiq” MTK-ya yönəltməyə cürəti çatmır.

Xatırladım ki, biz Yasamal rayon məhkəməsində 2013-cü ilin 04 iyununda cavabdeh kimi işə cəl etsək də. Həmin müddət ərzində - 20.08.2013- cü il tarixində “Şaiq” MTK Həsənova Sara ibrahim qızı ilə 51 saylı müqavilə bağlayarq 51 saylı çənzili ona satmış, və 28.08.2013- də isə Safiulov Kamillə 63 saylı müqavilə bağlayaraq ona 63 saylı mənzili satmışdır. Halbuki,həmin ünvandakı binada olan 51 və 63 saylı mənzillərin pulunu 2008-2010-ci illərdə mən tam ödəmiş və müqavilə bağlamışdım. Yasamal rayon Məhkəməsinin hakimi İlahə Abbasovanın Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərdiyi 13 may 2013-cü il tarixli sorğusunda bildirilr: “Zərurətlə əlaqədar olaraq, “KamranB.Ə.” MTK –nın hüquqi varisi “Şaiq”MTK arasında zərərçəkmişlərlə yeni müqavilələrin bağlanması və onların pozulmuş mənzil hüquqlarının kimlər tərəfindən bərpa olunması barədə sorğunu təqdim edən şəxs vasitəsilə məhkəməyə məlumat verməyiniz xahiş olunur” Göründüyü kimi məhkəməyə Vergilər Nazirliyi tərəfindən verilən məlumata əsasən məlum olmuşdur ki, “KamranB.Ə “ MMc-nin hüquqi varisi “Şaiq” MTK olmuşdur. Lakin bütün bunlara baxmayaraq bizim 07 sentyabr 2019-cu ildə “Dəymiş ziyanın ödəniməsi barədə 14 avqust 2015-ci il tarixli, N-2(004) -5776/2015 saylı Yasamal rayon Məhkəməsi Qətnaməsinin icra olunmamasından” yuxarı orqanlara təkrar təkrar göndərdiyimiz müraciətə nahəyət Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Analitik-Nəzarət Şöbəsinin məsləhətçisi Kəmalə Əhmədovanın ( 3 aydan sonra) 06 dekabr 2019-cu il tarixli cavabında göstərilir: “Müəyyən edilmişdir ki, Yasamal rayon Məhkəməsinin 24.06.2016-cı il tarixli icra sənədinə əsasən “KamranB.Ə” MMc-dən cəmi 98610 manat tutularaq nümayəndəsi olduğunuz Müşfiq Aliyevə ödənilməlidir.

Yasamal Rayon İcra Şöbəsində başlanmış icraat zamanı sözügedən vəsaitin könüllü ödənilməsi borclu Cəmiyyət tərəfindən təmin edilməmiş, borclunun tələbi yönəldiləcəyi əmlakı və gəlirləri aşkar edilməmişdir. Həmçinin məlum olmuşdur ki, Cəmiyyətin rəhbəri 09.09.2014-cü ildə vəfat etmişdir.

Eyni zamanda bildirik ki, borclunun hüquqi varisinin olub-olmamasının araşdırlmsı ilə bağlı yerli icra qurumuna müvafiq tapşırıq verilmişdir. İcra sənədinin icrası yerli icra qurumunun nəzarətində saxlanılır.”

Rəsmi cavabdan göründüyü kimi 3 aylıq araşdırmadan sonra Ədliyyə Nazirliyinin Baş İcra idarəsi hələ də bilmir ki, “Kamran B.Ə” MMC tərəfindən tikilmiş və yarımçıq qalmış binadan mənzil almış, lakin aldadılmış 201 nəfrə şəxsə ( Müşfiq Aliyevdən başqa) hamısına həmin binanın hüquqi varisi hesab edilən( nəfinə keçirilən) hüquqi varis hesab edilən “Şaiq “MTK tərəfindən zərər mənzil və ya pul formasında ödənilmişdir. Ona görə də Ədliyyə nazirliyinin qurumu nəticə çıxarmalı idid ki, borclu MMC-nin rəhbərinin vəfat etməsinin məhkəmə qətnaməsinin icra edilməsinə heç bir dəxli yoxdur. Çünki mübahisələndirilən bina və mənzilləri “Şaiq “ MTk-nın balansına verilmişdir. Və “Şaiq” MTK-da özbaşına olaraq M.Əliyev üçün nəzərəd tutulmuş 51 və 63 saylı mənzilləri 20 və 28 avqust 2013-cü ildə tələskənliklə Saro və Kamil adlı şəxslərə yenidən satmış və pul əldə etmişdir. Odur ki, məntiqlə “Şaiq”MTK-nın əldə etdiyi pul Müşfiq Əliyevə dəymiş ziyanın ödəniməsi barədə 14 avqust 2015-ci il tarixli, N-2(004) -5776/2015 saylı Yasamal rayon Məhkəməsi Qətnaməsinin icra olunması üçün verilməli idi.

Yuxarıda qeyd edilənləri nəzəzrə alaraq, Sizlərdən artıq dərəcədə xahiş edirəm ki, şəxsi nəzarətiniz altında Azərbaycan Respublikası ərazisində mülkiyyət hüququmun müdafiəsi və mənə dəymiş ziyanın ödəniməsi barədə 14 avqust 2015-ci il tarixli, N-2(004) -5776/2015 saylı Yasamal rayon Məhkəməsi Qətnaməsinin icra olunmasına köməklik göstərəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Dərin hörmətlə, Əliyev Müşviq Sərhad oğlu.

Nümayəndəsi Emin Lətifov. 050-725 08 58.
Tarix: 04 yanvar 2020-cu il.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.