SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mehriban Əliyevanın xilas etdiyi həyatlar: Siyahıda bir çox tanınmış şəxs var

Mehriban Əliyevanın xilas etdiyi həyatlar: Siyahıda bir çox tanınmış şəxs var

Tarix:

7-01-2020, 17:01

/ 1 367 dəfə oxundu.
Mehriban Əliyevanın xilas etdiyi həyatlar: Siyahıda bir çox tanınmış şəxs var

Bir neçə gün əvvəl Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşov səhhəti ilə bağlı xəbərlər yayılıb.

Bildirilib ki, Xalq artistinin müalicəsini Birinci vitse-prezident Mehriban Əliyeva öz üzərinə götürüb.

Məlumdur ki, bu, Birinci vitse-prezident tərəfindən göstərilən ilk yardım deyil.

Cebhe.info 2019-ci ildə Birinci vitse-prezident tərəfindən müalicə xərcləri qarşılanan şəxslərlə bağlı kiçik araşdırma aparıb.

6 dekabrda vəfat edən deputat Yevda Abramovun müalicə xərcləri Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən qarşılanıb. Onkoloji xəstə olan deputat ölümünədək Mərkəzi Klinik Xəstəxanada müalicə alıb.

Oktyabrın 29-u yolu keçən zaman avtomobillə vurularaq ağır xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi də məhz Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən Türkiyədə davam etdirilir.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov da Birinci vitse-prezidentin dəstəyi ilə oktyabr ayında əməliyyat olub. Milli Qəhəmanımızın atası Mərkəzi Klinikada ürəyindən əməliyyat olub.

İyun ayında qaraciyər serrozu xəstəliyindən əziyyət çəkən Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov Fond hesabına müalicə etdirilib.

May ayında səhhəti qəfil pisləşən Xalq artisti Rafiq Hüseynov (Rəmiş) da müalicəsinə Birinci vitse-prezident tərəfindən qayğı göstərilənlər sırasındadır.

Heydər Əliyev Fondunun ötən ilin fevral ayında müalicə etdirdiyi digər tanınmış şəxs Ağakərim Novruzov olub. Məşhur meyxanaçının müalicəsi maddi vəziyyətlə əlaqədar yarımçıq qaldığına görə Fondun ona yardım göstərəcəyi bildirilib.

Bildirək ki, Mehriban Əliyeva və Heydər Əliyev Fondu əvvəllər də belə xeyirxah təşəbbüslərlə çıxış edib.

2017-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvinin müalicəsi də Mehriban Əliyevanın göstərişi ilə aparılıb.

2015-ci ildə isə Heydər Əliyev Fondu ANS telekanalının xəbərlər xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı, xərçəndən əziyyət çəkən jurnalist Gülər Məmmədovanın, həmçinin jurnalist Nicat Dağların müalicəsini də öz üzərinə götürmüşdü.

Şərhlər

XƏBƏR LENTİ