SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əlil sürücülərlə bağlı DYP-dən VACİB AÇIQLAMA

Əlil sürücülərlə bağlı DYP-dən VACİB AÇIQLAMA

Tarix:

16-12-2019, 17:48

/ 937 dəfə oxundu.
Əlil sürücülərlə bağlı DYP-dən VACİB AÇIQLAMA

Bir neçə gün əvvəl yol polisinin əlilliyi olan sürücü ilə qalmaqallı görüntüləri yayılmışdı. Videoda yol polisləri sürücünü yük maşınından zorla endirmək istəyərkən məlum olmuşdu ki, həmin şəxsin bir ayağı protezdir. Məlum görüntülər sosial şəbəkələrdə tənqid edildi, DYP açıqlama verdi ki, həmin sürücü yol polislərinin həyatını təhlükə atdığı üçün ona sərt müdaxilə edilib. Digər tərəfdən də sürücünün əlil olmasından DYP əməkdaşları xəbərsiz olub. Bu hadisə özü ilə başqa bir mövzunu gündəmə gətirdi. Əlilliyi olan sürücülər hansı avtomobilləri, hansı şəkildə idarə edə bilər?
Mövzu ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədova və yol nəqliyyat eksperti Ərşad Hüseynova müaricət etdik.
Vaqif Əsədov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, əlilliyi olan əxslərin avtomobil idarə etmələrində heç bir problem yoxdur. Ancaq idarə edilən avtomobil fiziki qüsuru olan şəxsə uyğun olaraq xüsusi avadanlıqlarla təchiz edilməlidir: "Məsələn avtomobil idarə edən şəxsin əlil və ya ayağı yoxdursa həmin avtomobil mütləq ona uyğun şəkildə hazırlanmalıdır. Avtomobillərdə bu cür təchizatlar təhlükəsizlik tədbirlərinə əsasən fəaliyyətinə icazə verilmiş sexlərdə quraşdırılmalıdır. Belə avadanlıqların kustar üsulla hazırlanması bir qədər təhlükəli ola bilər. Bəhs etdiyimiz avadanlıqlar istənilən avtomobildə şəxsə uyğun olaraq quraşdırıla bilər".
Bəzi xəstəliklərə yoluxan insanlara isə ümumiyyətlə sürücülük vəsiqəsi verilmir. Yol nəqliyat eksperti Ərşad Hüseynov bildirdi ki, sürücülük vəsiqəsinin verilib-verilməməsində yaş və xəstəlik əsas rol oynayır: "Səhiyyə Nazirliyinin 46 saylı qərarına əsasən müəyyən xəstəlikləri olan insanlara sürücülük vəsiqəsinin verilməsi qadağandır. Sürücülük vəsiqəsinin verilməsi üçün tibbi cəhətdən əsas tələblər görmək və sinir sistemi ilə bağlıdır. Bura şəkər xəstəliyi də daxildir. Ancaq, sürücülük vəsiqəsinin verilməməsi hər bir şəkər xəstəsinə aid deyil. Burada xəstəliyin müəyyən dərəcələri əsas götürülür. Bəzi hallarda isə bəhs edilən xəstəliklərin olduğu şəxslərə qısa müddətliyinə sürücülük vəsiqəsi verilir. Növbəti tibbi yoxlamadan keçəndə isə xəstəliyin dərəcəsinə görə, yenidən qərar verilir".

Şərhlər

XƏBƏR LENTİ