XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Fərhad Əhmədov Azərbaycan siyasətinə girir - Nəyə iddia edəcək?

Fərhad Əhmədov Azərbaycan siyasətinə girir - Nəyə iddia edəcək?

Fərhad Əhmədov Azərbaycan siyasətinə girir - Nəyə iddia edəcək?
10-12-2019, 15:15

Əslən Azərbaycandan olan rusiyalı milyarder, keçmiş rusiyalı senator Fərhad Əhmədovun Azərbaycan siyasətinə gəlməsi mümkündür?
Politoloq: “Oliqarxlar gec-tez siyasətə müdaxilə edirlər və yaxud da onlar siyasətə güclü surətdə müdaxilə edir, amma bizim xəbərimiz olmur”.

“O özünün siyasətin içində hiss edir və siyasi ambisiyalarını yavaş-yavaş üzə çıxarmağa başlayıb. Gələcəkdə Fərhad Əhmədov daha fəal siyasətə qoşulsa, biz təəccüblənmərik”.

Bu sözləri politoloq Qabil Hüseynli Azərbaycandan olan rusiyalı milyarder Fərhad Əhmədovun Azərbaycanın gələcək inrkişafıyla bağlı “yol xəritəsi” ilə çıxış etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov Azərbaycanda parlament seçkiləri və müxalifətin faydaları ilə bağlı geniş yazı yazıb.

Fərhad Əhmədovun bu yazısına iş adamı Mübariz Mənsimov, Azərbaycanın Rusiyada səfiri olmuş Hikmət Hacızadə və hüquqşünas Fərhad Mehdiyev kimi tanınmış ictimai-siyasi şəxslər münasibət bildirib və maraqla qarşılanıb.

Fərhad Əhmədov yazısında növbədənkənar parlament seçkilərini dəstəklədiyini bildirib. Milyarder bildirir ki, Milli Məclisin indiki tərkibində qruplaşmalar, təsadüfi şəxslər və islahatlara dözümsüz yanaşanlar var idi.

“Orada “Boz kardinal”ların və müxtəlif hakimiyyət dairələrinin “cib deputatları” var idi. Buna görə başa düşürəm ki, belə bir heyət ilə yüksəkdən uçmaq sadəcə təhlükəlidir. Deputat korpusunun keyfiyyətli yenilənməsinə ehtiyacımız var. Artıq kukla oynadanlarla üzülüşdülər”, - deyə Fərhad Əhmədov yazısında qeyd edib.

Milyarder həmçinin ümid etdiyini bildirib ki, proses nəticəsində əsl konstruktiv müxalifət meydana çıxacaq.
Fərhad Əhmədovun fikrincə, müxalifətdən ehtiyat etmək lazım deyil. “Açıq desək, biz hələ də Stalinin, onun tərəfdarlarının və təqibçilərinin terminologiyası və yanaşmalarından azad deyilik. Buna görə, bir çoxları üçün və indi bizim üçün “müxalifət” sözü təhqiramiz olmasa da, şübhəlidir”, – deyə milyarder əlavə edib.

Fərhad Əhmədovun fikrincə, konstruktiv müxalifətin mövcudluğu cəmiyyətin və dövlətin yetkinliyinin əsas göstəricilərindən biridir. “Bundan əlavə, alternativin olması cəmiyyətin və dövlətin islahat, modernləşmə prosesini təşkil edən və durğunluğa sürüşməsinin qarşısını alan zəruri elementlərdən biridir”, - deyə o vurğulayıb.

Fərhad Əhmədov qeyd edir ki, əks seçim bütün müxalifətin sıxışdırldığı totalitarizmdir və nəticədə hakimiyyət dəyişikliyi yalnız inqilab, işğal, çevriliş, üsyan və ya liderin ölümü ilə mümkündür.

“Hakimiyyət və müxalifətin qarşılıqlı əlaqəsi üçün bu seçimlər arasında çox sayda keçid modelləri mövcuddur. Daha demokratikdən daha avtoritarlığa. Üstəlik, iqtidarla müxalifətin qarşılıqlı əlaqəsinin xarakteri ilk növbədə demokratiyanın dərəcəsi ilə deyil, aralarındakı güc balansından asılıdır”, - deyə Fərhad Əhmədov əlavə edib.
Milyarder hesab edir ki, konskttukriv müxalifətin meydana çıxmasının əngəllənməsi daha təhlükəli etirazçı qurupa – dini-siyasi müxalifətə yol aça bilər. Bu isə həm cəmiyyət həm də dövlət üçün təhlükəlidir.

Beləliklə, Fərhad Əhmədov faktiki olaraq Azərbaycanın demokratikləşməsi üçün yol xəritəsi təklif edib. Bilirik ki, Fərhad Əhmədovun Rusiya senatoru olsa da, əvvələr heç bir zaman Azərbaycanın daxili siyasətinə qarışmırdı. İndi birdən-birə o ölkənin gələcək inrkişafı ilə bağlı “yol xəritəsi” ilə çıxış edir. Fərhad Əhmədovun son yazısını və təkliflərini necə şərh etmək olar və milyarderin Azərbaycan siyasətinə gəlməsini mümkündür?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynliyə müraciət edib.

Qabil Hüseynli: “Fərhad Əhmədov fikirlərini növbəti milyonerin, növbəti siyasi ambisiyası kimi qiymətləndirmək lazımdır”.

Bir ay bundan əvvəl Fərhad Əhmədovun Azərbaycanda gurultulu tədbir keçirməsini xatırladan Qabil Hüseynli bildirib ki, bu addım ondan xəbər verirdi ki, Fərhad Əhmədov siyasətə qədəm qoymaq fikrinə düşüb:

“Oliqarxlar gec-tez siyasətə müdaxilə edirlər və yaxud da onlar siyasətə güclü surətdə müdaxilə edir, amma bizim xəbərimiz olmur. Xatırladım ki, bir ay bundan əvvəl Fərhad Əhmədovun Azərbaycanda gurultulu tədbir keçirməsi və həmin tədbirə xeyli adamı toplaması onu göstərirdi ki, bu adam artıq siyasi proseslərlə maraqlanmağa başlayıb. Həm də bu addım ondan xəbər verirdi ki, Fərhad Əhmədov siyasətə qədəm qoymaq fikrinə düşüb.

İndi isə Fərhad Əhmədovun Azərbaycanın demokratikləşməsiylə bağlı “yol xəritəsi” ilə çıxış etməsi onu göstərir ki, o özünün siyasətin içində hiss edir və siyasi ambisiyalarını yavaş-yavaş üzə çıxarmağa başlayıb. Gələcəkdə Fərhad Əhmədov daha fəal siyasətə qoşulsa, biz təəccüblənmərik.

Qabil Hüseynli: “Biz bu cür iddiaları çox görmüşük. Yəni “Milyonerlər İttifaqı” və ayrı-ayrı siyasilərin keçirdiyi mətbuat konfransları var idi və s...”.

Amma onu da qeyd edim ki, Fərhad Əhmədov göstərdiyi “yol xəritəsi” və Azərbaycanın demokratikləşməsi ilə bağlı fikirləri hər halda özünə aiddir. Bu fikirləri də Fərhad Əhmədov yalnız seçki prosesində bir platforma kimi irəli sürə bilər və yaxud da öz fikirlərini müəyyən bir kitabda toplu halında toplayaraq nəsə etdirsə, daha yaxşı olardı.

Biz bu cür iddiaları çox görmüşük. Yəni “Milyonerlər İttifaqı” və ayrı-ayrı siyasilərin keçirdiyi mətbuat konfransları var idi və s. Bunların hamısı da siyasi fikirlər irəli sürüdülər. Buna görə də Fərhad Əhmədov fikirlərini növbəti milyonerin, növbəti siyasi ambisiyası kimi qiymətləndirmək lazımdır”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.