XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Bakıya mer gəlmək istəyirdi... - Arzusu ürəyində qaldı

Bakıya mer gəlmək istəyirdi... - Arzusu ürəyində qaldı

Bakıya mer gəlmək istəyirdi... - Arzusu ürəyində qaldı
25-04-2018, 17:44

Hazırda boş qalan Bakı meri postu uğrunda rəqabət ən üst səviyyədədir. Bu barədə DİA.AZ-a xəbər verən mötəbər mənbə bildirir ki, zamanında Hacıbala Abutalıbovun yerinə göz dikən və sonradan bu arzularını konservləşdirmək zorunda qalan Gəncə şəhər icra Hakimiyyətinin başçısı Elmar Vəliyev yenidən köhnə arzusuna qovuşa bilməsi üçün çaba sərf etsə də, artıq arzuları daşa dəyib.

Mənbənin söylədikləri: "Elmar Vəliyev nəinki Bakı meri ola bilməyəcək, heç Gəncədə də mövqeyini qoruya bilməyəcək. Çünki "qırmızı xətti" tapdayıb. Bunun nə demək olduğunu E.Vəliyev daha yaxşı bilir, amma buna rəğmən yenə də səhvini edib ki, cəzasını alacaq".

Mənbə Elmar Vəliyevin çıxarılmasında həm də onun barəsində son günlər yayılan xəbərlərin də müstəsna rol oynadığını qeyd edir.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.