XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » İcra başçısı şaiyə yaydırır ki... - Daha böyük vəzifəyə gətiriləcək

İcra başçısı şaiyə yaydırır ki... - Daha böyük vəzifəyə gətiriləcək

İcra başçısı şaiyə yaydırır ki... - Daha böyük vəzifəyə gətiriləcək
14-03-2017, 12:13

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin zamanında necə iddialı olması ilə bağlı yerli KİV-də yetərincə xəbərlər yayılıb. Əslində, normal insan halı üçün xarakterik olan bu keyfiyyətdə ambisiyalılıq qəbul olunandır. Amma Gəncə şefi bəzən bu xüsusiyyəti ilə fərqli təəssüratlar da yaradır.

Məsələn zaman-zaman özünü Bakı meri postunda görən və bu posta təyinat ala bilməsi üçün ciddidən çaba sərf edən Elmar Vəliyev hətta rəqib kimi gördüyü bəzi icra başçıları ilə günü bu gün də ədavət saxlayır.

Bu arada daxil olan maraqlı bir onformasiya isə Elmar Vəliyevin daha da irəli getməsindən xəbər verir.

Gəncədəki qaynaqların bildirdiyinə görə, Elmar Vəliyev bu gün ətrafına "yaxın vaxtlarda yüksək vəzifəyə təyinat ala biləcəyi" haqda xəbər ötürüb. Mənbənin söylədikləri: "Məqsədli şəkildə belə bir şaiyə yaydırır. Əslində onun görəvdən birdəfəlik alacağı haqda hakimiyyət dəhlizlərində çoxdandır xəbərlər yayılır. Elmar Vəliyev isə bunun əksi barədə təəssürat yarada bilməsi üçün belə bir üsulu seçib. Adamları deyirlər ki, giya Elmar Vəliyevə Bakı meri postu təklif olunsa da, guya başçı şəxsən bundan imtina edib".

Hər halda baş verənlər maraqlıdır. Və biz də bunları Vəliyevin özünümüdafiə instinkti kimi qəbul edirik...

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

dia.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.