İcra başçısı Eldar Mahmudovun yolunu gedir... - Elmar Vəliyev kimsəni saya salmır?
Son günlər barəsində xeyli şikayətlər ictimailəşən Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bələd də əbədi olaraq toxunulmazlığına əmindir. Bu barədə Gəncə ŞİH-dəki mənbələr danışır.
Qaynaq iddia edir ki, bu gün yerli icra hakimiyyətində öz tabeçiliyində olan şəxslərə "mətbuata nə yazırsa, yazsın, mənə kimsə toxuna bilməz deyən Elmar Vəliyev hətta daha da irəli gedib.
Mənbənin söylədikləri: "Təbii ki, Elmar Vəliyev normalda həqiqətən də ona həvalə olunan işin öhdəsindən layiqincə gələn bir sima olsaydı, iddia etdikləri təqdir olunardı. Amma hər kəs Elmar Vəliyevin Gəncədə necə tanındığını yaxşı bilir. Və hər kəs yaxşı bilir ki, bu adam Gəncəyə və gəncəlilərə rəsmən zülüm edib. Belə birisinin əmin danıçması, "məni kimsə yerimdən tərpədə bilməz" deməsi ağır ifadədir və gəncəlilərə toxunur".
Mənbə bildirir ki, icra başçsının söylədikləri sözügedən şəhərdə ildırım sürətilə yayıllıb: "Camaat ondan narazıdır. İndi də camaat bu adamın özündən xudpəsəndliyini görür, təbii ki etirazlar olacaq. Yəqin ki, bu da Elmar Vəliyev üçün yaxşı sonluqla bitməyəcək. Bilmirik, o kimə arxayındır, amma bilirik ki gənəlilər prezident İlham Əliyevə ümid edirlər və prezident də belə bir özündənrazı məmuru vəzifəsində çox saxlamaz. Dəvədən böyük fil var. Elmar Vəliyev Eldar Mahmudovun yolunu gedirsə, həmin sonluğa da qatlaşmalıdır".
Qarşı tərəfi də dinləməyə hazırıq..
dia.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...