XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Generaldan Lamiyə işində adı keçən qalmaqallı komissara yüksək vəzifə

Generaldan Lamiyə işində adı keçən qalmaqallı komissara yüksək vəzifə

Generaldan Lamiyə işində adı keçən qalmaqallı komissara yüksək vəzifə
7-11-2017, 12:04

Cəlilabadın hərbi komissarı Həsrət İsmayılov karyera yüksəlişi dövrünü yaşayır
Məlumata görə, komissar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Daxili Təhqitatlar İdarəsinə rəis təyin olunub.
Qaranlıq keçmişə malik və adı müxtəlif hadisələrdə hallanmış H.İsmayılova yüksək vəzifə verilməsinin sirri açıqlanmır.
Xidmət rəisi Arzu Rəhimovun ona etimad göstərməsinin səbəbləri məlum olmasa da, Həsrət İsmayılovun bioqrafiyası ictimaiyyətə tanışdır.
Bu həmin komissardır ki, uzun müddət Şəmkirdə eyni vəzifəni tutub. Hələ Cəlilabada təyinatından xeyli vaxt qabaq Şəmkirdə qanunsuz işlərini həyata keçirib.
Onun adı həmişə hərbi bilet biznesində keçib. Ancaq H.İsmayılovun toxunulmazlığı arxasındakı qüvvələr idi.
Həmin dönəmdə Şəmkirin icra başçısı Aslan Aslanov və sabiq müdafiə naziri Səfər Əbiyevlə yüksək əlaqələrə malik idi.
Hətta İsmayılovu Aslanovun kadrı hesab etmək olar. Çünki o vaxt komissarla başçının oğlu Ruslan Aslanovun yaxın dostluq münasibətləri vardı.
A.Aslanovun oğlunun Lamiyə Quliyeva və Vüqar Əliyev tərəfindən qətlə yetirilməsi işi üzrə H.İsmayılov şahid kimi ifadə verib.
Yəni, onların əlaqələrinin yaxınlığını təsdiqləyən faktlardan biri də budur. Lakin A.Rəhimov belə bir şəxsə yüksək vəzifə verib.
A.Aslanov da, S.Əbiyev də “vurulmuş” kadrlardır. Amma H.İsmayılov Cəlilabada komissar göndərilir. O, burda da işlərini davam etdirir.
Mətbuatda tez-tez Cəlilabad komissarlığında bilet biznesi barədə ittihamlara rast gəlmək olar. Ancaq onun vəzifəsi yüksəlir və idarəyə rəis gətirilir.
İcra başçısı, Səfər Əbiyevin yaxını və nəhayət Səfərbərlik Xidmətinin qeyri rəsmi kuratoru olan Aslan Aslanovla yaxınlıq H.İsmayılova geniş imkanlar yaradıb.
Məhz bu imkanların nəticəsidir ki, Şəmkir rayonu əksər çağırışlarda “xidmətə yararsız”ların sayına görə liderlik edib. Həsrət İsmayılov 15 ildən artıq Şəmkir rayonunda komissar, şöbə rəisi vəzifəsində çalışıb.
Cəlilabadda isə 4 min manata hərbi bilet satan İsmayılov əvəzində A.Rəhimovdan mükafat alaraq vəzifəsi qaldırılır.
Əslində A.Aslanovun Səfərbərlik Xidməti üzərindəki kölgəsi götürüldükdən sonra H.İsmayılovun da karyerasına son verilməliydi.
Ancaq A.Aslanov vaxtilə ondan aldığı borc pulu qaytara bilmədiyi üçün öz komissarına son borcunu bu şəkildə ödəyib.
Yəni, İsmayılovu lazımi dairələrə tapşırıb və bunun nəticəsində polkovnik Səfərbərlik Xidmətində yalnız rayon dəyişməklə vəzifəsini qorudu.
A.Aslanovun oğlunu öldürməkdə təqsirləndirilən və ömürlük həbs cəzası alan Vüqar Əliyevin atası İbrahim İsmayılov onun üzünə duran şəxslərin adlarını sadalayarkən Həsrət İsmayılovun da adını çəkmişdi:
“Şəmkir icra başçısının 1-ci müavini Tariyel Məmmədov, Şəmkir torpaq şöbəsinin müdiri Rüstəm Rüstəmov, mərkəzi poçtun müdiri Vilayət Cabbarov, şəhər sovetinin sədri Hacımurad Həsənov, gənclər şöbəsinin rəisi Nizami Əhmədov, İcra Hakimiyyətində şöbə müdiri işləyən Vahid Əkbərov, İcra Hakimiyyəti işçisi Mustafa Mustafayev, Şəmkir hərbi komissarı Həsrət İsmayılov, Şəmkir İH-də şöbə müdiri Sultan Məmmədov bir-bir üzümə durdular”.

Palitika.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.