SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda kəşfiyyatçıların görüşü: İbrahim Kalın nələrdən danışdı...

Bakıda kəşfiyyatçıların görüşü: İbrahim Kalın nələrdən danışdı...

Tarix:

17-09-2024, 14:10

/ 159 dəfə oxundu.
Bakıda kəşfiyyatçıların görüşü: İbrahim Kalın nələrdən danışdı...

 Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə 50-yə yaxın ölkənin xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirak etdiyi “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumu keçirilib.

Forumda Türkiyənin Milli Kəşfiyyat Təşkilatının sədri İbrahim Kalın da iştirak edib.

O, forumda çıxışı zamanı Ermənistan və Azərbaycan arasında yekun sülh sazişindən, Qəzzadan və Rusiya-Ukrayna müharibəsindən söz açıb. Kalın, həmçinin qlobal mühitdə etimad böhranları, artan terror təhlükəsi və onların yaratdığı humanitar nəticələrə toxunub.

İbrahim Kalın Azərbaycanın 44 günlük müharibədən sonra işğaldan azad etdiyi Qarabağda həyatın normallaşması istiqamətində atdığı uğurlu addımlara diqqət çəkib və Qafqazda sabitlik və inkişaf üçün Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin vacib olduğunu vurğulayıb.

Qurulacaq daimi sülhün həm də Azərbaycan-Ermənistan-Naxçıvan-Türkiyə-Avropa əlaqələrini, o cümlədən Zəngəzur dəhlizinin açılmasını təmin edəcəyini vurğulayan Kalın sürətlə dəyişən və getdikcə kövrəkləşən beynəlxalq sistemin iki mühüm qlobal böhranla (Ukrayna və Qəzza) üz-üzə qaldığını bildirib.

O, Rusiya-Ukrayna müharibəsinin beynəlxalq hüquq əsasında yeni təhlükəsizlik arxitekturasının qurulması ilə həll edilməsinin lazım olduğunu vurğulayıb və Qəzzada atəşkəsin çox zəruri olduğunu ifadə edib. Kalın Türkiyənin həm Ukrayna, həm də Qəzza müharibələrini bitirmək üçün açıq və qapalı çoxşaxəli kəşfiyyat diplomatiya səylərini davam etdirəcəyini qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ