SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur

Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur

Tarix:

18-03-2024, 23:43

/ 323 dəfə oxundu.
Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur

 
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi vardır. Bu tərəfdaşlıq bu gün də uğurla davam edir.   Prezident İlham Əliyevin dəvəti əsasında martın 18-də NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri və Bakıda verilən birgə bəyanatın məzmunu göstərir ki, Azərbaycan-NATO münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 
Ölkə başçısının NATO-nun Baş katibi ilə görüşündə qeyd edilib ki,   Azərbaycan NATO üçün vacib və dəyərli tərəfdaşdır. Bunun bir çox səbəbləri var. Bu il əməkdaşlığın 30 illiyini qeyd edilir. Bu illər ərzində Azərbaycan NATO-nun bir sıra missiya və əməliyyatlarında iştirak edib. Uzun illər Azərbaycan da NATO-nun Kosovo və Əfqanıstandakı missiyalarına töhfə verib. Azərbaycan hərbçiləri xüsusilə Əfqanıstandakı missiyanın sonlarına yaxın səfirliyi və hava limanını qorumaqda böyük rol oynayıb və yüz minlərlə insanın Kabil hava limanından təxliyəsində kömək göstərib. Beləliklə, ərazini ABŞ və bir sıra digərləri ilə birlikdə tərk edən son hərbçilər azərbaycanlılar olublar. ATO uzun illər bir sıra müxtəlif məsələlərdə Azərbaycanla əməkdaşlıq edib və hazırda bu əməkdaşlığın daha da inkişaf etdirməyin yolları üzərində işlər aparılır.
NATO Baş katibi ilə görüşdən sonar mətbuata verilən bəyanata dövlət başçımız bildirib ki, “Mənim Brüsselə sonuncu səfərim zamanı mətbuat konfransında bu məsələyə toxundum və qeyd etdim ki, Azərbaycan belə bir təşəbbüs irəli sürüb və biz Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq”.
Xüsusən bu reallıqları qəbul etməyən bəzi beynəlxalq subyektlərin hüquqazidd davranışları fonunda NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri əslində əsas qlobal güc və təhlükəsizlik qütblərindən biri olan Alyansın Prezident İlham Əliyevin yaratdığı reallıqları qəbul etdiyini göstərir. 
Azərbaycanla NATO arasında praktiki tərəfdaşlıq və siyasi dialoq mövcuddur. Azərbaycan həm də NATO üçün enerji təhlükəsizliyi baxımından son dərəcə əhəmiyyətli ölkədir. Xüsusilə Ukraynadakı müharibə nəticəsində Avropanın əksər ölkələrinə Rusiyadan təbii qazın verilməsi dayandırıldı. 
Azərbaycan qazının ixracının 12 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması ilə bağlı tələbat var. Bu, Avropa qaz tələbatının vacib tərkib hissəsidir və Azərbaycandan gələn qaz bir sıra müttəfiqlər üçün çox vacibdir.  həmçinin təkcə təbii qaz deyil, həmçinin elektrik kabelləri vasitəsilə enerji ixracı sahəsində atılan addımları yüksək qiymətləndirilir. Azərbaycan tərəfindən enerjinin birbaşa ixracı gələcəkdə onun Avropa üçün enerji təminatçısı kimi rolunu artıracaq.
Bu, həmçinin Azərbaycanın külək və günəş enerjisi vasitəsilə bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi sahəsində göstərdiyi səylərin tərkib hissəsidir. Bu kontekstdə COP29-un Azərbaycanda keçirilməsi çox vacibdir. Azərbaycan bu ilin noyabrında böyük iqlim konfransı olan COP29-a ev sahibliyi edəcək. Bu konfrans beynəlxalq ictimaiyyətə qlobal istiləşmə, iqlim dəyişikliyi, maliyyələşmə kimi bir sıra vacib məsələlərlə bağlı qərar vermək üçün platforma rolunu oynayacaq. Böyük enerji keçidini təmin etmək üçün böyük investisiyalar çox vacibdir.
NATO da öz növbəsində Azərbaycanla əməkdaşlığa çox önəm verir və bu əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır. NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfərinə də bu kontekstində yanaşmaq düzgün olardı. Baş katib Bakıda mətbuata bəyanatında bildirdi ki, Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır və biz uzun illərdir bir yerdə çalışırıq. Azərbaycan-NATO tərəfdaşlığının təkcə siyasi dialoqa yox, o cümlədən əyani əməkdaşlığa da söykəndiyini diqqətə çatdıran Alyansın Baş katibi bunun alqışalayiq olduğunu diqqətə çatdırıb. Bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir. Buna görə də sülh və sabitlik nəinki burada, həmçinin daha geniş miqyasda təhlükəsizlik üçün vacibdir.
 
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru
 
 
 
 
 

Şərhlər

XƏBƏR LENTİ