SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Əlavə sərnişinə görə departamentə 200 ödəyirdim” - Dəhşətli qəzanın sürücüsü

“Əlavə sərnişinə görə departamentə 200 ödəyirdim” - Dəhşətli qəzanın sürücüsü

Tarix:

4-07-2017, 16:34

/ 80 072 dəfə oxundu.
“Əlavə sərnişinə görə departamentə 200 ödəyirdim” - Dəhşətli qəzanın sürücüsü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Novruz Kərimovun icraatında olan prosesdə qəza zamanı vəfat edən tələbə İbrahim Quliyevin atası Vüqar Quliyev ifadə verib. N.Hüseynovun 6 ailənin həyatını məhv etdiyini deyib və ağlayaraq sürücünü söyüb:
“Ömrümə bir gün də qalsa, səni məhv edəcəyəm. Kasıblıqla övlad böyütmüşdük. Ondan sonra anası yataq xəstəsi oldu”.
Qəzada yaralanan tələbə A.Abbas deyib ki, hər gün maşına 20-25 tələbə minib.
Təqsirləndirilən Namiq Hüseynov deyib ki, həmişə tələbələrə xəbərdarlıq edib: “Deyirdim vaxtında gəlin, gecikməyin. Yolda da sakitliyə riayət etmirdilər. Maşında 14 oturacaq olur, amma əlavə oturacaqlar da quraşdırılıb. Olanları boynumdan ata bilmərəm, bəzi tələbələr ayaq üstə söhbət edə-edə gedirdilər”.
Zərərçəkmiş tələbə Emin Həmidov deyib ki, sürücü N.Hüseynov çox adam götürməyə görə polisə hər ay 200 manat verirmiş:
“Sən özün bizə demişdin. Tələbələri tələsdirib deyirdin ki, “tez gedək bir polis var, onun vaxtına düşməyək”.
N.Hüseynov isə artıq sərnişin götürdüyü üçün Nəqliyyat Departamentinə aylıq 200 manat verdiyini deyib. N.Hüseynovun onu tanımayan vəkili Şirin Atayev başqa məhkəmə iclasında vəkil olduğunu deyərək çıxıb getmək istəyib. Hakim isə buna icazə verməyib.
N.Hüseynov vəkilindən imtina etdiyini deyib: “Bu vəkil ötən iclasda da yatmışdı. Görüşə də çağırdım, gəlmədi”. Vəkil Ş.Atayev də N.Hüseynovu müdafiə etmək istəmədiyini deyib. Lakin hakim tərəflərin istəyini nəzərə almayıb.

Şərhlər

XƏBƏR LENTİ