Bakı-Sumqayıt yolunda qəzada həlak olan tələbə qıza qarşı iyrənc əməl
Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəza zamanı dünyasını dəyişən 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızına qarşı iyrənc əməl eşidənləri sarsıdıb.
Mərhumun xalası oğlu Vahid İlham oğlunun verdiyi məlumata görə, qəzadan dərhal sonra Çinarənin mobil telefonu hələlik şəxsiyyəti müəyyən edilməyən şəxs tərəfindən oğurlanıb.
Hər kəsin yardıma qaçmalı olduğu bir məqamda naməlum şəxs iyrənc əməlindən əl çəkməyib.
Xatırladaq ki, qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı, 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızı və 1999-cu il təvəllüdlü Nəsirzadə Lalə dünyasını dəyişib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək