SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Gürcüstanda maşın sürürsüz? - Cəzalar sərtləşdirilir

Gürcüstanda maşın sürürsüz? - Cəzalar sərtləşdirilir

Tarix:

3-07-2017, 09:42

/ 39 050 dəfə oxundu.
Gürcüstanda maşın sürürsüz? - Cəzalar sərtləşdirilir

Gürcüstanda yol hərəkəti qaydalarını pozanlara qarşı cəzalar sərtləşdirilib. Qanunu pozan sürücülərə cərimələrlə yanaşı, cərimə balı da hesablanacaq.

İyulun 1-dən bu ölkədə avtomobil nəqliyyatı sürücüləri artıq yol hərəkəti qaydalarını pozduqlarına görə, həm cərimə ödəyəcəklər, həm də onlar üçün cərimə balları hesablanacaq.

Ölkənin Daxili İşlər Nazirliyindən Report-a bildiriblər ki, sürücü qanun pozuntularına görə cəmi 100 cərimə balı ala bilər. İl ərzində cərimə balı 100 bala çatmış şəxs sürücülük vəsiqəsindən məhrum ediləcək. Yenidən sürücülük vəsiqəsi almaq üçün isə şəxs yenidən imtahan verməlidir. İmtahanı isə ildə bir dəfə vermək mümkün olacaq.

Qanuna əsasən, ən yüksək bal 40 baldır və bu cərimə balı avtomobili sərxoş və ya narkotik maddələrin təsiri altında idarə edən şəxslərə veriləcək (sürət həddini aşmaq, yol qəzası, təcili tibbi yardım, yanğınsöndürən və digər bu kimi avtomobillərin hərəkətinə maneə yaratmaq). İkinci ən yüksək bal 30 baldır. Bu cərimə balı, avtomobili gizli və ya dəyişdirilmiş dövlət qeydiyyat nişanı ilə idarəetməyə, avtomobili qadağan olunmuş yerdə saxlamağa, sürət həddini aşmağa, qəza şəraiti yaratmağa görə tətbiq olunacaq.

Cərimə balları DİN-nin nəzdindəki Vahid Əməliyyat Mərkəzinin əməkdaşları tərəfindən yazılacaq. Sürücü ilə birbaşa əlaqəsi olmayacaq yeni patrul polisinin avtomobili də adi avtomobillərdən fərqlənməyəcək. Xüsusi müşahidə kameraları ilə (video, foto) avtomobillərdə oturacaq patrul əməkdaşları yollarda olacaq və hərəkətin təhlükəsizliyinə nəzarət edəcəklər.

Nazirlikdən onu da bildiriblər ki, qanunun qüvvəyə mindiyi gündə 15 saat ərzində Tbilisidə yol hərəkət qaydalarının pozulmasına görə, 1568 protokol yazılıb, bunlardan 996-sına cərimə balları hesablanıb.

Maraqlıdır ki, bu qanun Gürcüstana gələn xarici ölkə vətəndaşlarına da şamil olunacaq. Xarici vətəndaşları cərimə balına uyğun olaraq yüksək məbləğdə cərimə ödəyəcəklər. Bu cəriməni ödəməyən xaricilərə ölkədən çıxmağa icazə verilməyəcək.

Şərhlər

XƏBƏR LENTİ